Sizin Reklam Burada

Rasmussenin bu kimi məkrli davranışları şübhəsiz ki...

Rasmussenin bu kimi məkrli davranışları şübhəsiz ki...Dünya erməniçiliyinə xidmət edən qüvvələrin Azərbaycana qarşı yeni dezinformasiya və qaralama kampaniyasına start verdiyi, separatçıların "aclıq və "blokada" şousunu sıx dəstəklədiyi bir vaxtda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Ermənistan hökumətindən pul almasını ifşa etməsi lap yerinə düşdü. Bu hadisə əslində yalnız Rassmussenin özünün deyil, bütün ermənipərəst qüvvələrin iç üzünün açılmasına xidmət edir. NATO kimi dünyanın ən nüfuzlu hərbi-siyasi təşkilatının keçmiş rəhbərinin erməni lobbisinin "tələ"sinə düşməsi, onun "mükafat" və "qonorar" çirkabına bulaşması həm də dünya erməniçiliyinin əsl mahiyyətini açıb göstərir.

NATO-nun rəhbərliyindən gedəndən sonra birmənalı şəkildə ermənilərin "vəkil"inə çevrilən, hər fürsətdə Azərbaycanın əleyhinə açıqlamalar verən Rassmussenin bu "xidmət"lərinə və apardığı ermənipərəst təbliğat kampaniyasına görə Ermənistan hökumətindən pul alması həqiqətən də rüsvayçılıqdır. Onun məhz alyansa rəhbərlik etdiyi bir dönəmdə pul müqabilində Ermənistan üçün lobbiçilik etməsi heç bir mənəvi-əxlaqi normalara, siyasi etiket və hərbi kodeks çərçivələrinə sığmır. O, bu hərəkəti ilə əslində bütövlükdə NATO prinsiplərinə və dəyərlərinə tüpürüb.

Ən pisi də budur ki, Rassmussen Ermənistan adlı "sponsor"unun "malades"ini qazanmaq üçün hər cürə yalanlara, dezinformasiyalara əl atır və hətta yeri gələndə BBC kimi qərəzli, ermənipərəst media qurumuna da istinad edir. Belə ki, o, “BBC Nyus” müxbirinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin "ac" vəziyyətinə dair hazırladığı və büsbütün separatçıların söylə­dikləri böhtanlara, uydurmalara əsaslanan yazıdan sitat paylaşaraq "aclıq", "humanitar fəlakət", "etnik təmizləmə", "blokada" kimi ənənəvi erməni sərsəmləmələrini tirajlayıb.

Rasmussenin bu kimi məkrli davranışları şübhəsiz ki, NATO-nun qlobal geostrateji maraqlarına da ziddir. Görünən budur ki, o, alyansın maraqlarını öz maddi mənafeyinə qurban verməklə məşğuldur. Bu baxımdan, NATO-nun hazırkı rəhbərliyi həm Rassmusseni alyansdan aldığı təqaüddən məhrum etməli, həm də onunla bağlı ortaya çıxan danılmaz faktlara, həqiqətlərə münasibət bildirərək lazımi ölçü götürməlidir. Bu, NATO kimi bir təşkilatın öz imicini sağlam tutması üçün də hava-su kimi vacibdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər