star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Rəsmi qeydə alınan 8 partiyanın SİYAHISI

Rəsmi qeydə alınan 8 partiyanınAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 8-ni artıq dövlət qeydiyyatına alıb.

Rəsmi qeydiyyata alınan siyasi partiyaların siyahısı:

Yeni Azərbaycan Partiyası (YAP) – sədr İlham Əliyev;
Ağ Partiya – sədr Tural Abbaslı;
Vətəndaş Həmrəyliyi Partiyası – sədr Sabir Rüstəmxanlı;
Haqq Ədalət Partiyası – sədr Əli İnsanov;
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) – sədr Arzuxan Əlizadə;
Ümid Partiyası – sədr İqbal Ağazadə;
Milli Dirçəliş Hərəkatı Partiyası – sədr Fərəc Quliyev;
Ana Vətən Partiyası – sədr Fəzail Ağamalı.

Xatırladaq ki, Azərbaycanda müstəqillik dövründə 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Daha sonra onların sayı tədricən azalıb.
1993-cü ildə iki partiya ləğv edilib. 2021-ci ildə isə 6 partiya hakim YAP-a birləşdiyini elan edib.
Son vaxtlaradək ölkədə qeydiyyatda olan 58 siyasi partiya qalmışdı.

"Siyasi partiyalar haqqında" yeni qanun bu il qüvvəyə mindikdən sonra bu qurumların daha 31-i özlərinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi. Bu, əsasən, yeni qanunla qeydiyyat üçün lazım olan minimum üzv sayının 5 minə qaldırılması ilə izah edildi.

Hazırda yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim etmiş 19 siyasi partiya Ədliyyə Nazirliyindən cavab gözləyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər