Sizin Reklam Burada

"İlham Əliyevin siyasi iradəsi Qarabağda sülhün təmin olunmasının təminatçısıdır"

"İlham Əliyevin siyasi iradəsi Qarabağda sülhün təmin olunmasının təminatçısıdır"““Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycanın suveren hüquqlarının bərpa edilməsi Qarabağda sülhün təmin olunmasına ən böyük töfhə olacaq”.

Bu sözləri millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov mətbuata açıqlamasında deyib.

S.Qurbanov bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin postu qoyulduqdan sonra oradan Qarabağ ərazisinə humanitar yük adı ilə hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərində qaçaqmalçılıq edilməsi, Azərbaycana qarşı soyqırım cinayəti törətməkdə ittiham olunan cinayətkarların sərbəst hərəkəti onu göstərdi ki, sözügedən dəhliz erməni separatçılarının sərbəst hərəkəti üçün dayandırılmalı və Azərbaycan və beynəlxalq qanunlar çərçivəsində bura nəzarət edilməlidir.

Cənab Prezidnet İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Qarbabağda yaşayan Azərbaycan dövlətinin hakmiyyətinin yuridiksiyasını qəbul edən ermənilər bizim vətəndaşımızdır onlar ehtiyacı olan istənilən məsələ ilə bağlı bizə müraciət edə bilərlər. Həmçinin cənab Prezident onu da xüsusi olaraq vurğulayır ki, kim Qarabağda Azərbaycan dövlətinin suverenliyini qəbul etmirsə yol açıqdır rədd olub gedə bilər.

S.Qurbanov onu da qeyd edib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycanın suveren hüquqlarının təmin olunması təkcə Azərbaycan dövləti və xalqı üçün deyil Qarabağda azərbaycanlılarla birlikdə dinc yanaşı yaşamaq istəyən erməni əhalisinin də qələbəsidir.

Çünki sülhün təmin olunması Qarabbağ ermənilərinin alət kimi istifadə edilməsinin qarşısını tezliklə alacaq və onlar dinc həyatlarına qovuşacaqlar. Həmçinin beynəlxalq səviyyədə “Humanitar böhran” amili üzərində qurulmuş erməni təbliğatı Azərbaycan hökmütənin hümanitar məqsədlər üçün buraxılış məntəqəsinin açıq olduğunu və aparılan təbliğatın absurd olduğunuda üzə çıxardı. BMT-nin Təhlükəsizlik Şurasında qaldırılmış məsələlərin müzakirəsi də ermənilərin yeni geosiyasi kerçəkliklər fonunda heç bir dəstəyi olmadığını bir daha nümayiş etdirdi. Bütün bunlar Qarabağda yaşayan erməni əhalisinin sağlam düşünməyə sövq etməli və tezliklə Azərbaycan dövlətinə müraciət edərək öz vətəndaşlıqlarını bərpa etməklə sülh şəraitində yaşamağa davam etmələrinə şərait yaratmalıdır. Budur regionun əsl siyasi gerçəklikləri cənab Prezident İlham Əliyevin siyasi liderliyində ərazidə sülühün təmin olunması.

Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev bir qədər əvvəl ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.

Budur qələbənin təntənəsi. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi Qarabağda sülhün təmin olunmasının təminatçısıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər