Sizin Reklam Burada

Fuad Əliyev: Özbəkistan yeganə Mərkəzi Asiya ölkəsidir ki...

Fuad Əliyev: Özbəkistan yeganə Mərkəzi Asiya ölkəsidir ki...Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət kursu nəticəsində dünyanın əksər ölkələrlə ikitərəfli əməkdaşlıq qurub. Azərbaycan sübut etdi ki, regionda etibarlı tərəfdaşdır. Bu baxımdan bir çox ölkələr Azərbaycanla əməkdaşlıq edirlər. Özbəkistanda həmin ölkələr sırasındadır.

Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev “İki sahil”ə özəl açıqlamasında qeyd edib ki, Azərbaycan-Özbəkistanı səmimi dostluq münasibətləri bağlayır və tarix boyu qurulmuş əlaqələr bu gün də davam etməkdədir.

Azərbaycan dost olan Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə olması təkcə eyni kökün daşıyıcıları olması ilə bağlı deyil. Digər mühüm əlamətlər və bağlılıqlar da vardır ki, məhz həmin amillər bu gün Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olmasına imkan yaradır. Bakı ilə Daşkənd arasında ikitərəfli münasibətlərin tarixi əsrlərə dayanır. Bu əlaqələr əsrdən-əsrə keçdikcə yeni mahiyyət almış, Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlər yeni mərhələyə qədəm qoymuşdu. İstər SSRİ dövründə, istərsə də müstəqillik dövründə Azərbaycan ilə Özbəkistan arasında münasibətlər inkişaf edirdi. Düzdür, müstəqilliyin ilk illərində Bakı ilə Daşkənd arasında əlaqələr, qarşılıqlı münasibətlər arzuedilən səviyyədə deyildi. Lakin Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra Özbəkistanla əlaqələrdə inkişaf müşahidə edilməyə başladı. Azərbaycanla Özbəkistan arasında əlaqələr bu gün də ən yüksək səviyyədədir və həyata keçirilən hər bir qarşılıqlı səfər ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verir. Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun davam etdirilməsi hər bir ölkə kimi Özbəkistanla münasibətlərə də yeni məzmun, dinamika qatıb.

Həmsöhbətimiz əlavə edib ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr ən yüksək səviyyədə, dostluq-qardaşlıq münasibətlərinə uyğundur. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahələrdə Bakı ilə Daşkənd arasında qurulan yüksək səviyyəli əməkdaşlıq hər iki dövlətin, eləcə də xalqların ümumi maraqlarına xidmət edir. Azərbaycan torpaqları işğal altında olan illərdə Özbəkistan ədaləti, haqqımızı müdafiə edib. Özbəkistan torpaqlarımızı azad edəndən sonra, Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə bağlı ölkəmizi ilk təbrik edənlərin sırasında olub. Qeyd etməliyik ki, Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub.

Bu gün iki ölkə arasında münasibətlər prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla inkişaf etdirilir. Dövlət başçıları şəxsi səviyyəsində olan dostluq-qardaşlıq əlaqələri Azərbaycanla Özbəkistanı bir-birinə daha da yaxınlaşdırır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər