Sizin Reklam Burada

Erməni politoloq: Separatçı rejim Bakının təklifini qəbul etməyə məcbur olacaq

Erməni politoloq: Separatçı rejim Bakının təklifini qəbul etməyə məcbur olacaq“Qarabağda daxili siyasi böhran da dərinləşir. Geniş ictimaiyyətə görünməyən zorakı pərdəarxası proseslər son günlər ictimai təzahür almağa başlayıb”.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu barədə erməni politoloq Tiqran Qriqoryan Civil.net üçün məqaləsində yazıb.

Onun fikrincə, rus sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsi üzrə müvəqqəti məsuliyyət zonasında hələ də qalan separatçı rejimdə hakimiyyət uğrunda mübarizə aparan üç “qütb” formalaşıb. Bu, keçmiş separatçı liderlər, qanunsuz birləşmələrin keçmiş komandirləri və Azərbaycanla reinteqrasiya əleyhdarları tərəfindən dəstəklənən qaçaq oliqarx Ruben Vardanyandır. Digər qütb isə separatçıların keçmiş “Təhlükəsizlik Şurasının katibi” Samvel Babayanın komandasıdır.

Qriqoryanın sözlərinə görə, Samvel Babayan və onun komandası, Azərbaycanla birbaşa dialoqun, bütün yolların açılmasının, ticarət-iqtisadi əlaqələrin qurulmasının tərəfdarıdır. Arayik Arutyunyan və komandası isə rəsmi Bakı ilə danışıqları Azərbaycan ərazisində aparmaq istəmirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər