Sizin Reklam Burada

Bu, Moskvanın köhnə taktikasıdır

Bu, Moskvanın köhnə taktikasıdırÇoxdan gözlənilən bir prosesin ilk fraqmentləri artıq gerçəkləşməyə başlayıb. Belə ki, Azərbaycan qanunlarını qəbul etməyən separatçılar Qarabağı tərk edirlər. Ötən gün təxminən 60-a yaxın erməni əsilli şəxs Azərbaycanın tarixi torpaqlarını tərk edərək Ermənistana və ya Rusiyaya üz tutub. Bu şəxslərin məhz Moskvanın məlum planı əsasında sonradan Rusiya vətəndaşlığını qəbul edərək, Qarabağda separatçılıq fəaliyyətilərini davam etdirən ermənilər olduğu şəksizdir. Bu, Moskvanın köhnə taktikasıdır. Kreml separatizmi qızışdırdığı postsovet respublikalarının “qaynar nöqtəı”lərində separatçılara Rusiya pasportu paylamaqla onların timsalında yerli hökumətlərə qarşı “yumşaq güc”, təzyiq vasitəsi formalaşdırırdı. Bu hallara Dnestryanı ərazidə də, Abxaziya və Cənubi Osetiyada da, Luqansk və Donetskdə də rast gəlinib.

Qarabağdakı separatçı ermənilərə rus pasportlarının verilməsi və saxta “rus icması”nın formalaşdırılması da Kremlin Bakıya qarşı gələcək təzyiq vasitələrindən biri kimi nəzərdə tutulurdu. Lakin budəfə Moskvanın variantı özünü doğrultmadı. Çünki Bakının tam da zamanında atdığı çevik önləyici tədbirlər, o cümlədən, Ermənistanla sərhəddə “Laçın” nəzarət-buraxılış məntəqəsinin qurulması tamamilə yeni reallıqlar formalaşdırdı. Bu nə Moskvanın, nədəki separatçıların gözləmədiyi reallıqlardır. Onlar yeni reallıqlarla barışmaq və buna uyğun davranmaq məcburiyyətindədirlər. Qarabağdan erməni köçünün başlanması da məhz bundan qaynaqlanır.

Beləliklə, Qarabağda guya 120 min erməninin yaşadığı barədə uydurulan mif də iflasa uğrayır. Onların real sayının 120 min deyil, uzağı 25-30 min nəfər olması faktı tezliklə öz təsdiqini tapacaq. Bakının təklifi əsasında seçim qarşısında qalan, ya reinteqrasiya yolunu tutmalı olan, yadaki ərazilərimizi tərk etmək tələbi ilə üzləşən Qarabağdakı ermənilərin bir qismi indi çıxış yolunu məhz Xankəndini tərk etməkdə görür. Belə də olmalıydı. Çünki heç bir erməniyə Azərbaycan ərazilərində yaşayıb, Azərbaycan qanunlarına tabe olmamaq ixtiyarı verilməyəcək. Odur ki, separatçılığa meylli olan ermənilər Azərbaycanın yaratdığı yeni reallıqların məsuliyyətindən qaçırlar.

Əlbəttə, bu, separatçı ermənilərin toplu köçünün sadəcə başlanğıcıdır. Bu prosesin qarşıdakı həftələrdə davam edəcəyi şübhə doğurmur. Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələrinin alternativi yoxdur. Sözsüz ki, Azərbaycan qanunlarını qəbul edən, ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətlə yanaşan mülki ermənilər Qarabağda qalıb bizim vətəndaşlarımız kimi yaşaya biləcəklər. Xalqımıza qarşı müharibə cinayətlərində iştirak edən və bu gün də separatçılıq fəaliyyətlərindən əl çəkmək istəməyən radikal-millətçi ermənilər isə bir gün ədalət məhkəməsinin qarşısına çıxarılacaqlarını əsla unutmamalıdırlar.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər