BMT-də müzakirələr yeni imkanlar yaradır
Fransanın böyük dıstəyi ilə Ermənistanın və bütün erməni dünyasının 16 avqustda BMT-də Laçın yolunun bağlanması ilə əlaqədər Xankəndidə "humanitar böhran"la bağlı müzakirələrin keçirilməsinə nail olsalar da, nəticə etibarı ilə Azərbaycanın siyasi, diplomatik uğuru kimi, Azərbaycanın hədələdiyi məqsədini reallaşdırmaq üçün daha da əlverişli siyasi şərait yaratmış oldu.
Əlbbəttə ki, erməni dünyası və onun dəstəkçiləri BMT-də Qarabağda "humanitar böhran" mövzusunun özünün müzakirəsinə nail olmasını "problemin" beynəlxalq müstəviyə çıxması kimi təqdim etməyə çalışsalar da bəllidir ki, erməni dünyasının son ümidi də puça çıxdı və bu vəziyyət erməni əsilli vətəndaşlara Azərbaycana inteqrasiyasının qaçılmaz olduğunu anlatdı. Ən əsası isə, BMT müzakirəsinin nəticəsi budur ki, Azərbaycanın öz ərazisində həyata keçirdiyi hərəkət və tədbirlərin onun suveren hüququ kimi, daxili işi olduğu təsdiqləndi. Həqiqətən də, erməni dünyasının ümid etdiyi BMT müzakirəsi Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə heç bir şübhənin olmamasını bir daha təsdiqlədi.
Digər vacib məsələlərdən biri də budur ki, BMT - də "humanitar böhran" ətrafında keçirilən müzakirələr Azərbaycanın dostu və düşmənini bir daha üzə çıxararaq, Azərbaycan dövlətinin xarici siyasi kursunun uğurlu istiqamətdə və mükəmməl fəaliyyətini sübut etdi, unkişafını göstərdi.
Böyük güclərin Azərbaycan maraqlarını qəbul etməsi həm də onun sübutudur ki, Azərbaycan dünya dövlətləri üçün vacib oyunçu kimi onunla hesablaşılır və Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərpası məhz Azərbaycanın maraqlarının təminindən keçdiyi qəbul edilir.
Vüqar Dadaşov