Sizin Reklam Burada

"44 günlük müharibədən sonra ermənilər ikinci dəfə güclü zərbə aldılar" - Politoloq

"44 günlük müharibədən sonra ermənilər ikinci dəfə güclü zərbə aldılar" - Politoloq"Bu tədbir hər halda Ermənistan ictimaiyyəti üçün yaxşı bir dərs oldu. Hesab edirəm ki, 44 günlük müharibədən sonra ermənilər ikinci dəfə güclü zərbə aldılar. Bu, onlar üçün faydalı olmalıdır və onlar reallıqlara qayıtmalıdırlar.

Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Eks-nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı sessiyasının üç növ nəticəsi ola bilərdi: "Qətnamə qəbul oluna bilərdi, sədrin çıxışı oxuna bilərdi və ya birgə bəyanat. Biz gördük ki, bunların heç biri olmadı. İstisna olunmur ki, müxtəlif nümayəndə heyətlərinin mətbuat üçün açıqlamaları ola bilər. Amma bu, rəsmi nəticə hesab oluna bilməz. Bu tədbirin ermənilər tərəfindən təşkil olunması təəccüb doğurur. Çünki bu cür tədbirlərin hazırlanması istənilən ölkədə tələb edir ki, orda iştirak edən ölkələrin mövqeləri bu və ya digər şəkildə öncədən öyrənilsin, onlarla iş aparılsın və s. Çıxışlarda gördük ki, Ermənistanın iddiaları demək olar ki, heç kim tərəfindən dəstəklənmədi. Çünki bu yalanı dəstəkləmək də mümkün deyil. Müxtəlif çıxışlar olub, fikirlər səslənib, amma ermənilərin tezisləri heç bir dəstək almadı. Dəstək də ala bilməzdi. Çünki yalanın üzərində qurulmuş hansısa şouya inanmaq olmaz. İndi informasiya zamanəsidir. Təkcə ermənilər belə fikirləşir ki, hamını aldatmaq olar".

Politoloq bundan sonra Ermənistanın daxilində siyasi proseslərin daha fəal olacağını qeyd edib: "Artıq Nikol Paşinyanı ittiham edirlər ki, o, qəsdən belə edərək mənfi nəticənin alınmasını istəyib və ondan sonra danışıqlarda guya ki, Azərbaycana hansısa güzəştlər eləsin. Əminəm ki, bu tezisləri indi Paşinyana qarşı müxalifət istifadə edəcək.

Mən bilirdim ki, onlar qətnaməyə nail ola bilməzlər. Gözləyirdik ki, orada sadəcə sədrin ortaq çıxışları ümumiləşdirən bəyanatı olacaq, amma o da olmadı. Ermənistan xarici siyasətinin bu səviyyədə olması məndə təəccüb doğurur. Çünki bu, çox ciddi deqradasiyadır. Ermənistanın siyasi təcrübəsi çox anormal bir vəziyyətdədir. Yəni onlar yalan deyəndə, sonra özləri də bu yalana inanmağa başlayırlar. Bu, problemdir. Bəlkə, bu dəfə onlar üçün bir dərs olacaq, reallığa qayıtmaq yolunda bir zəmin yaradacaq. Yəni ümid üçün bir yer var, doğrusu, mən buna inanmıram.

O ki, qaldı bundan sonra mümkün olan proseslərə, hesab edirəm ki, Ağdam yolu da istifadə olunacaq. Buna əlavə olaraq Ağdamdan keçərək Xankəndində dayanan dəmir yolu da istifadəyə veriləcək. Bununla da ermənilərin "blokada" tezisinin istifadəsi mümkün olmayacaq. Gözləmək lazımdır ki, Azərbaycanın təzyiqi nəticəsində ermənilərin Qarabağdakı təsiri addımbaaddım azalacaq. Təsir deyəndə mən silahlı qalıqları və maliyyələşməni nəzərtdə tuturam. Ağılları varsa, başa düşməlidirlər ki, Qarabağda qalmaları üçün yeganə imkan Azərbaycan vətəndaşlığını qəbul etməkdir. İkinci yol mümkün deyil. Azərbaycana qarşı müqavimət onlara xeyir gətirməyəcək. Hər halda mülki əhali bunu başa düşəcək. Ya inteqrasiya prosesinə qoşulmalıdırlar, ya da Qarabağı tərk edəcəklər. Ermənilərin bundan əvvəl fikirləşdikləri kimi gələcək onlar üçün mümkün deyil".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər