Sizin Reklam Burada

Qarabağda vəziyyət yenidən gərginləşə bilər

Qarabağda vəziyyət yenidən gərginləşə bilərBaş verən son olayların fonunda müşahidələrimiz onu göstərir ki, Qarabağda vəziyyət yenidən gərginləşə bilər. Son zamanlar həm atəşkəs pozuntularının intensivliyinin artması, həm Ermənistan silahlı qüvvələrinin Laçın istiqamətində hərbi texnika toplaması, həm də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, yeni mövqelər quraraq, səngərlər qazaraq ərazidə möhkəmlənməyə cəhd göstərmələri ümumən ermənilərin hansısa irimiqyaslı təxribata hazırlaşmalarından xəbər verir.

Hiss olunur ki, rəsmi İrəvan və bizim ərazilərimizdəki qeyri-qanuni erməni hərbi birləşmələri budəfə sinxron fəaliyyət göstərirlər. Laçın postunun qarşı tərəfində düzənlədiyi “TIR şousu”nun nəticə vermədiyini görən Ermənistan indi də Azərbaycanın Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrində kök salmış separatçıları və qeyri-qanuni erməni silahlı dəstələrini hərəkətə gətirməyə çalışır. Yayılan videolardan da göründüyü kimi separatçılar tərəfindən fəal surətdə təxribatlara hazırlıq prosesi gedir. Paralel olaraq həm sərhəd istiqamətində, həm də Qarabağda atəşkəsi də tez-tez pozurlar. Əlbəttə, İrəvanın və separatçıların Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda məqsədi bölmələrimizi cavab tədbirlərinə təhrik etməkdir. Bu isə onların küncə sıxışmalarının göstəricisidir.

Azərbaycanın yürütdüyü ardıcıl və təmkinli siyasət ermənilərin mövqelərini gün-gündən daraldır, manevr imkanlarını məhdudlaşdırır. Bu da öz növbəsində onları daha da aqressivləşdirir. Beynəlxalq aləmdən və ənənəvi havadarlarından gözlədikləri, umduqları dəstəyi ala bilməyən Ermənistan iqtidarı və separatçı rejim çıxış yolunu isterik və aqressiv addımlar atmaqda, növbəti hərbi təxribata əl atmaqda görür. Lakin bu həm Ermənistanın, həm də separatçıların sonunu gətirə bilər. Azərbaycan cəzalandırma əməliyyatını həyata keçirməyə başlasa, bunun nəticəsi ermənilər üçün ağır olacaq. Əgər Laçın istiqamətindən Azərbaycana qarşı hər hansı bir təxribat baş verərsə, Ermənistan bunun bədəlini çox ağır şəkildə ödəyəcək.

Rusiya sülhməramlılarına güvənərək Qarabağın müxtəlif istiqamətlərində artilleriya qurğuları və hərbi texnika toplayan, səngər qazan, atəş mövqeləri hazırlayan separatçıların da az öncə qeyd etdiyimiz kimi sonu gəlib. Azərbaycan onlar üçün iki seçim təklif edib. Onlar ya silahı yerə qoyub mülki əhaliyə çevrilməli və Azərbaycan qanunvericiliyini qəbul edərək yaşamalıdırlar, yadaki əks təqdirdə ərazilərimizi təcili tərk etməlidirlər. Bunun xaricində heç bir başqa seçim variantı yoxdur. Odur ki, separatçıların müharibəyə hazırlıq cəhdləri tamamilə perspektivsiz və faydasızdır. Qarabağdaki ermənilər bu həqiqəti dərk etməlidirlər. Onlar Rusiyaya və onun müvəqqəti sülhməramlı kontingentinə arxayın olub separatçı-destruktiv fəaliyyətlərini davam etdirmək əvəzinə, Bakinin reinteqrasiya təkliflərini düzgün dəyərləndirməlidirlər. Əks təqdirdə reinteqrasiya təklifi antiterror əməliyyatı ilə əvəzlənə bilər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər