İspaniyanın separatçıları təbliğ etməsi qəbuledilməzdir - XİN
Dərc olunub:
15-08-2023, 03:57
İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir.
Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə X hesabında bildirib.
“Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir. İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb.