Rusiyada mövcud olan Muxtar Respublikaların hədəfləri
Freedom televiziya kanalında Rusiyada mövcud olan Muxtar Respublikaların gələcək taleyi ilə bağlı maraqlı müzakirələr aparılırdı. Regionun, dünyanın siyasi gündəmini diqqətlə izləyən və aktual məsələləri hər zaman gündəmə gətirən bu televiziyanın ötən günkü müzakirəsi post-Putin dövrünə həsr olunmuşdu. İmperiya iddialarının girovuna çevrilən, keçmiş SSRİ məkanında hər zaman separatizmi qızışdıran Rusiyanın tərkibində yaşayan xalqların kifayət qədər problemləri olduğu məlumdur. Təbii resurslarına görə, çox zəngin ərazilərdə yaşayan bu xalqların güzəranının yaxşı olmadığı Freedom TV müzakirəsində bir daha bəlli oldu.
Hətta Buryatiya Respublikasının nümayəndəsi Rusiya ərazisindəki bütün muxtar respublikaların müstəqil dövlət qurmaq üçün çox dəqiq və aydın planlarının olduğunu detalllı şəkildə izah etdi.
Məlum məsələdir ki, Rusiya öz ərazisində olan bütün muxtar respublikarın o cümlədən nəhəng Tatarısanın hüquqlarını məhdudlaşdırmışdı. Hətta Tatarısatının prezidentlik institutunu ləgv edərək adı çəkilən muxtar respublikanın rəhbərini rəis adlandırmışdı. Şimal qonşumuzun bütün bu cəhdləri görünür əbəsdir. Rusiyada yaşayan xalqlar, mövcud olan Muxtar Respublikalar yaranmış tarixi şəraitdən istifadə edib öz gələcəklərini müəyyən edəcəyi şübhəsizdir. Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji maraqlarımıza uyğundur. Biz bu proseslərə ən azından hazırlıqlı olmalıyıq.
Əkrəm Bəydəmirli