Sizin Reklam Burada

Xəbərdarlıq və çıxış yolu

Xəbərdarlıq və çıxış yoluAzərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Euronews” televiziya kanalına verdiyi müsahibə bir sıra amillər baxımından mühüm əhəmiyyət kəsb etdi. Belə ki, sözügedən müsahibə Ermənistan üçün həm mesaj, həm xəbərdarlıq, həm də çıxış və nicat yoludur.

Müsahibə zamanı ölkəmizin başçısı bir daha öz humanistliyini və Azərbaycanın sülh istəyini diqqətə çatdırdı:

"Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi. Müharibə, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı ".

Cənab Prezidentimizin bu çıxışı Ermənistan hakimiyyətini növbəti dəfə ifşa edərək yalanlar üzərində qurulmasını faktlarla ortaya qoydu. Və bir daha dünya ictimaiyyəti şahid oldu ki, Ermənistan dövlətinin illər ərzində ölkəmizə qarşı həyata keçirdiyi terror və vandalizm siyasətinə, Azərbaycan tərəfi sülhlə cavab verir. Sülh sazişinin imzalanması isə ən çox məhz Ermənistana lazımdır. Çünki hazırda Ermənistan dərin və hərtərəfli böhran içərisində çabalayır və beynəlxalq aləmdə rəzil vəziyyətdədir. Ermənistan sülhə yox deməklə özünü bir dövlət olaraq məhv olmaq, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoyur.

Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, çıxışı zamanı cənab İlham Əliyev sülh prosesinin şərtlərinə toxunaraq qeyd etdi ki, mövcud prosesin kimin tərəfindən aparılmasının bizim üçün böyük fərqi yoxdur. Əlbətdə məkanın, zamanın ümumiyyətlə heç bir amilin bizə fərqi və təsiri yoxdur. Çünki məqsədimiz və istəyimiz birdir: regionda sülhün təmin olunması Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağdakı ermənilərlə təmaslarımız haqqında danışaraq onları qondarma liderlərinin arxasınca getməməyə çağırdı.

Əlbəttə, bu gün Ermənistanın belə ağır vəziyyətə düşməsinin eyni zamanda İkinci Qarabağ Müharibəsində biabırçı şəkildə məğlub olmasının əsas səbəbi məhz qondarma liderlər və revanşist siyasətdir. Artıq erməni cəmiyyəti də bütün olanları çox gözəl anlayır və bu revanşist siyasətdən, qondarma liderlərdən bezib. Həmçinin Qarabağdakı ermənilərin mövqeyi ilə qondarma liderlərin mövqeyi təmamilə əksidir:

“Ümumilikdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xarici televiziya kanallarına verdiyi hər bir müsahibə siyasi-diplomatik dərsdir. Eyni zamanda bu müsahibələr istər Ermənistanın işğalı zamanı, istər İkinci Qarabağ Müharibəsi zamanı istərsə də post müharibə dönəmində mövcud həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır.”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər