Sizin Reklam Burada

"Terrorçular unutmasınlar ki, Dəmir yumruq yerindədir"

"Terrorçular unutmasınlar ki, Dəmir yumruq yerindədir"Hər il 27 iyul tarixində Ermənistan ictimaiyyəti “Lissabon 5” adlı anım mərasimi keçirir. Bu tədbir Amerika Birləşmiş Ştatları, Fransa, Livan erməniləri tərəfindən də qeyd olunur. Adətən belə tədbirlərdə erməni ruhaniləri “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanların” şərəfinə rekviyemlər söyləyirlər.

"Erməni tarixi insanlıq əlehinə cinayətlərlə “zəngindir”. Onlar öz gənclərini bu ruhda böyüdürlər. Qarabağda olan terrorçularda bu “mənəvi” irsin davamçılarıdır. Biz bu tarixi yaxşı bilməliyik. Biz erməniləri yeni dünya düzəninin gerçəkliklərini qəbul etməyə və sağlam düşünməyə çağırırıq".

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ermənilərin hər il 27 iyul tarixində terrorçuların “xatirəsinə” həsr edilmiş “Lissabon 5” adlı anım mərasimini keçirməsinə münasibət bildirərkən söyləyib.

Sadiq Qurbanov bildirib ki, erməni terrorunun üçüncü dalğası sayılan türk diplomatlarının qətlə yetirilməsi ilə bağlı tarixi hadisələri bizim gənclik yaxşı öyrənməlidir: "Bu tarixin erməni terrorçusu ASALA-nın ruh atası Gurgen Yanıkyanın 27 yanvar 1973-cü il tarixində Los-Ancelesdə iki türk diplomatının şəhid edilməsi ilə başlanıк. Məhz bu terror hadisəsindən sonra ASALA-nın yaradılması və türk səfirlərinə qarşı terrorların geniş vüsət almasının şahidi oluruq".
Ətraflı

Ermənilərin 27 iyul tarixində qeyd etdiyi “Lissabon 5” adlı anım mərasiminə gəldikdə isə S.Qurbanov bildirib : "27 iyul 1983-cü il tarixində 5 erməni terroristi Türkiyənin Lissabon səfirliyinə hücum edərək binadakı şəxsləri girov götürmüş, basqın sırasında səfirliyin müşaviri Yurtsev Mihçioğlunun həyat yoldaşı Cahide Mihçioğlu həlak olmuşdur. Portuqaliya polisi 170 nəfərlik heyətlə həyata keçirdiyi əməliyyat nəticəsində girovları azad etdi və 5 erməni terrorçusu Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan öldürdü.

Terroru “Erməni İnqilab Ordusu” öz üzərinə götürdü. EİO terrorçularin öldürülməsi ilə bağlı Portuqaliya Baş naziri Mario Soarezi ölümlə təhdid etdilər. Bu artıq ermənilərin Avropada illərlə həyata keçirdiyi terrorla bağlı cəzasızlıq sindiromunun “mukafatı” idi. Ermənilər bu 5 azğın qatil terrorçuları özlərinin qəhrəmanı hesab edir. Onlara hər il anım keçirirlər.

Dünyada özlərinin məzlum obrazı və yalançı mifik qəhrəmanları ilə tanınan erməni xalqı müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Zəfər müharibəsində öz gerçək kimliklərini öyrəndilər."

"Bu terrorçular yüz illərdi ayrı-ayrı təsisatlar və təəssüf ki, erməni kilsəsi tərəfindən “tərbiyə” edilir. Ancaq Cənubi Qafqazın şəriksiz siyasi lideri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin onların mövcudluğunun yeganə şərtini açıq bəyan edib. Bunun yolunun Ermənəistanda yaşayan ermənilər üçün Azərbaycanla sülh şəraitində yaşamaq, Qarabağda yaşayan ermənilər isə bizim cəmiyyətə inteqrasiya etmək olduğunu anlamaqdan keçdiyinin bildirib. Terrorçuların mənəvi varisi olan revanşist qüvvələrə cənab Ali Baş Komandan dediyi kimi unutmasınlar ki, dəmir yumruq yerindədir." - deyə, S. Qurbanov sonda bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər