Saqqalı olsa da sözü keçmir....
Sədaqət Vəliyeva
Milli Məclisin üzvü
Kaş dünyada bütün düşmənlər mərd olardı. Təəssüf ki, bu barədə Azərbaycan xalqının bəxti heç gətirməyib. Çünki bizə, minüzlü, yaltaq, qorxaq, yalançı, terrorist Ermənistan toplumu kimi düşmən nəsib olub. Bəli, Ermənistan dövləti yox məhz toplumu. Çünki tarix boyu Ermənistan adlı dövlət olmayıb. Onlar sadəcə kimlərəsə yaltaqlana-yaltaqlana, özlərini yazıq göstərə-göstərə, oğurlaya –oğurlaya indiki səviyyələrinə daha doğrusu səviyyəsizliklərinə gəlib çatmışdırlar. Bu yerdə məhşur Fransız səyyah qraf DE-ŞOLYE-nin ermənilərlə bağlı fikirləri yerinə düşər:
“Mən onlarla heç vaxt dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca murdar, riyakarlıqları olduqca dözülməz, əclaflıqları isə təəssüf doğurur”
Əslində dünyanın bir çox tanınmışları, dahiləri ermənilər haqqında çox pis, pis olduğu qədərdə layiqli və əsaslı fikirlər səsləndirmişdir. Mənim isə məhz fransız səyyahın ermənilər haqqında səsləndirdiyi fikirləri yada salmaqda bir əsas məqsədim var: Qoy Ermənilərin kim olduğunu elə onun böyük bacısı olan fransanın dilindən eşidək!
Azərbaycan, Ermənistanın 30 illik işğalı zamanı, maksimum dərəcədə səbr nümayiş etdirdi və məsələni sülh yolu ilə, danışıqlarla həll etməyə çalışdı. Lakin hər zaman olduğu kimi bu dəfə də Ermənistan tərəfi göstərdiyimiz humanistliyə və səbrə qarşılıq vermədi.
Əlbəttə səbrin tükəndiyi və danışıqların nəticə vermədiyi yerdə güc işə düşər. Bizim gücümüz həm də ədalətdən doğan bir güc idi. Nəticədə Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında, 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ Müharibəsində parlaq qələbə qazandı. Beynəlxalq ədalətin bərpası olan bu qələbə həm də Ermənistan ordusunun biabırçı məğlubiyyəti və ifşası oldu. Dünya ictimaiyyəti gördü ki, illərdi Ermənistan cəmiyyətinə “məğlubedilməz ordu” adı ilə sırınan Ermənistan ordusu, yalnız və yalnız fərarilikdən ibarət imiş.
Daha bir təəssüf doğuran məqamlardan biri də odur ki, Ermənistan tərəfi bu biabırçı məğlubiyyyətdən də nəticə çıxarmır və ya nəticə çıxarmaq istəmir. Müharibənin başa çatmasından 3 ilə yaxın müddət keçsə də Ermənistan Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab vermir, müxtəlif bəhanələrlə prosesə mane olmağa çalışır. Bizim istəyimiz isə sülh, inkişaf və tərəqqidir. Çox maraqlıdır, ağır və hərtərəfli böhranların hökm sürdüyü, dalana dirənmiş Ermənistan sülhə niyə yox deyir? Niyə Azərbaycanın inkşafa və tərəqqiyə aparan siyasətinə qoşulmaq istəmir? Bu suallara cavab tapmaq çox çətindir. Yeganə səbəb olaraq onu demək olar ki, hazırki Paşinyan hakimiyyətini xalq maraqlandırmır. Paşinyan yalnız və yalnız çoxstandartlı siyasət yürüdərək hakimiyyətdə qalmağı düşünür. Sonuncu Brüssel görüşündə də bir daha şahid olduq ki, Paşinyanın və Ermənistanın bir məqsədi var, o da sülhə əngəl yaratmaq
Bununla da Paşinyan bir daha göstərir, o öz imzasına hörmət etmir, sözdə bir əməldə isə tam başqadır. Eyni zamanda Paşinyan Ermənistanda ciddi şəxs olaraq qəbul edilmir, baxmayaraq ki saqqalı var amma sözü keçmir. Çünki saqqalı olsa da nə hörməti nə iradəsi nə də qətiyyəti var.