Sizin Reklam Burada

Erkin Qədirli ilə bağlı açıqlama şantajdır – YAP-dan reaksiya

Erkin Qədirli ilə bağlı açıqlama şantajdır – YAP-dan reaksiyaREAL partiyasının qeydiyyatı ləğv olunarsa, Erkin Qədirlinin deputat mandatından imtina edəcəyi barədə fikirlərin səsləndirilməsi şantajdır.

Bunu Modern-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, REAL-ın belə bir addım atması Azərbaycan qanunlarına hörmətsizlik kimi qiymətləndirilməlidir.

“REAL partiyasının üzvünün mandatdan imtina etməsi ilə bağlı açıqlama verməsi şantaj deməkdir. Yəni həmin açıqlamada açıq şəkildə qeyd olunub ki, deputat Erkin Qədirli Avropa Şurasında iştirak edərək seçilib. Bu, sadəcə şantajdır. Dövlətin qoyduğu qanuna hörmətsizlikdir. Qanuna hörmət edən adam qanunun tələblərinə uyğun olaraq sənədləri toplayaraq, təqdim etməlidir”,- YAP-çı deputat vurğulayıb.

Qeyd edək ki, REAL Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin sözlərinə görə, təmsil olunduğu partiyanın qeydiyyatını əsassız olaraq ləğv etsələr, dərhal Erkin Qədirli deputat mandatından imtina edəcək:

"Bu, REAL-ın qərarıdır. Partiyaya qarşı təzyiqə, qeydiyyatımıza əngələ bu yolla cavab verəcəyik. Bununla da Erkin bəy Avropa Şurasındakı təmsilçiliyini itirəcək. 20 ildən sonra ilk dəfədir ki, Avropa Şurası Parlament Assambleyasında səsverməyə iqtidar nümayəndələri ilə eyni yanaşmayan deputatımız var. Məsələn, Ukrayna məsələsində Rusiyanın əleyhinə səs verən Erkin bəy idi. Hansı ki, bu, Avropada geniş əks-səda yaratmışdı. Bundan başqa, AŞPA-da kvotalara görə yox, Erkin özünün fəaliyyətinə görə Prosedurlar Komissiyası kimi çox vacib komissiyaya sədr müavini seçilib. Bu, uzun illərdir Azərbaycanın nail olmaq istədiyi məsələ idi ki, Erkin bunu bacardı".

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL, AXCP və Müsavat partiyaları da var. Nazirlik hər üç siyasi partiyaya sənədləri qaydasına salmaq üçün vaxt verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər