Sizin Reklam Burada

Bakının səbri limitsiz deyil

Bakının səbri limitsiz deyilSon Brüssel görüşündən sonra Xankəndidəki erməni separatçılarının ümidləri tamamilə puç oldu. Çünki nə böyük dövlətlər, nədəki beynəlxalq təşkilatlar Qarabağdakı separatçıların dünyaya car çəkdikləri "humanitar fəlakət" nağıllarını ciddiyə alıb Azərbaycana təzyiq etməyə və Laçın yolunda qurduğumuz sərhəd-buraxlış məntəqisini ləğv etməyimizi tələb etməyə səy göstərmir. Ona görə də separatçılar indi bütün ümidlərini Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş "sülhməramlı" hərbi kontingentə bağlayıblar.

Görünən budur ki, Rusiya XİN-in iki ölkə arasındakı müttəfiqlik münasibətlərini tapdalayaraq və 10 noyabr razılaşmasının müddəalarına zidd gedərək Qarabağdakı ermənilərin “humanitar böhran” yaşadığını bildirən bədnam bəyanatla çıxış etməsindən sonra separatçılar daha da ürəkləniblər. Xankəndidə "mitinq" şoularına yenidən start verilməsi və separatçılar tərəfindən "sülhməramlı"ların Xocalıdakı müvəqqəti qərargahının düz qarşısında etiraz çadırlarının qurulması da bunu təsdiqləyir.

Özünü qondarma qurumun “dövlət naziri” adlandıran və ölkəmizin ərazi bütövlüyünə qarşı, suverenliyinə qarşı aksiyaların təşkilatçısı kimi çıxış edən Qurgen Nersesyan, "sülhməramlı"ların qərargahının qarşısında çadırların qurulmasının ideya müəllifi olan milyarder Ruben Vardanyan və "oturaq aksiya" adlı gülünc kampaniyaya qoşulan baş separatçı Araik Arutyunyan indi yeganə xilas yolunu Rusiyanın "ətəy"indən möhkəm-möhkəm yapışmaqda görürlər. Çünki ümid bəslədikləri bütün variantlar, cızdıqları bütün xain planlar artıq boşa çıxıb. Hətta Ermənistan da Xankəndidəki oturaq aksiyaya heç bir dəstək nümayiş etdirmir. Moskva isə bu arada fürsətdən istifadə edib Xankəndidəki separatçıları ciddi-cəhdlə qızışdırmağa çalışır. Bu mənada Qurgen Nersesyanın Rusiya "sülhməramlı"larının komandiri Aleksandr Lentsovla sıx təmasları heç də təsadüfi deyil.

Bir sözlə, separatçıların birdən-birə fəallaşmasını, hərəkətə keçməsini körükləyən qüvvələr var. Onlara əsas təlimatların ilk növbədə Rusiyadan gəldiyi şəksizdir. İran və Fransa da bu arada boş oturmayıb. Bu qüvvələrin fəaliyyəti birbaşa regionda sülhün bərqərar olmasına, rəsmi Bakının reinteqrasiya və birgəyaşayış təşəbbüslərinə qarşı yönəlib.

Heç şübhəsiz ki, ilk növbədə məhz Kreml Azərbaycanla münasibətləri süni surətdə gərginləşdirmək yolunu tutub. Və bunu da məhz separatçıların üzərindən həyata keçirməyə çalışır. Rusiya Xarici İşlər Nazirliyinin məlum bəyanatının təxribatçı məzmunu da bunu əyani şəkildə göstərdi. Lakin Azərbaycanın Rusiya XİN-in demarşına reaksiyası da özünü çox gözlətmədi.

Rəsmi Bakı tamamilə haqlı olaraq Lavrovun Qarabağ bəyanatına kifayət qədər sərt reaksiya verdi. İndi Kreml də, separatçılar da bilməlidir ki, Bakının səbri limitsiz deyil. Və Rusiya Azərbaycan kimi etibarlı müttəfiqi ilə strateji münasibətləri bir ovuc separatçıya görə güdaza verməməlidir.

Azərbaycan onsuz da bütün hallarda sülhə təhdid yaradan pozucu, separatçı hərəkətlərin qarşısını alacaq. Məlum məsələdir ki, Rusiya bu cür destruktiv bəyanat və hərəkətləri ilə Azərbaycanı antiterror əməliyyatına başlamağa, daha sərt və kəskin addımlar atmağa təhrik edir. Başqa sözlə desək, Rusiya bütün hərəkətləri ilə bölgədə qalıcı sülhün bərqərar olmasını istəmədiyini nümayiş etdirir.

Lakin Rusiyanın separatçıların əli ilə qurduğu oyunlar, həyata keçirmək istədiyi təxribatçı planlar sonda iflasa məhkumdur. Azərbaycan Qarabağın bütün məntəqələrində öz yurisdiksiyasını bərqərar edəcək. Əlbəttə, Azərbaycan istənilən vaxt antiterror əməliyyatlarına başlamağa, terrorçu qalıqlarını torpaqlarımızdan təmizləməyə hazırdır. Lakin biz bu addımları kənar qüvvələrin təhriki ilə yox, öz qərarımızla atacayıq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər