Sizin Reklam Burada

Azərbaycanla BƏƏ arasında mühüm görüş

Azərbaycanla BƏƏ arasında mühüm görüşBirləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Avrasiya.net-ə Azərbaycan XİN-dən məlumat verilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinə isə, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirinin katibinin konsulluq məsələləri üzrə müavininin köməkçisi Faisal Lutfi rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Birləşmiş Ərəb Əmirlikləri ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında ümumvətəndaş, diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandum”u əsasında cari ilin 8 iyul tarixindən etibarən hər iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşlarına münasibətdə vizasız rejimin tətbiqi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsi aparan tərəflər, həmçinin iki ölkə arasında miqrasiya, ədliyyə və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2024-cü ildə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər