star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

REAL bağlanmaq təhlükəsi ilə üz-üzə - Cəmi 463 üzv

REAL bağlanmaq təhlükəsi ilə üz-üzə - Cəmi 463 üzvƏdliyyə Nazirliyi REAL partiyasının qeydiyyat üçün təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov bildirib.

Partiya sədrinin sözlərinə görə, nazirlik siyahılarda təqdim edilən 986 nəfərin partiyaya üzv olmadığını bildirib. Bundan başqa 1058 nəfərin telefon nömrəsi kimi partiyanın nömrəsi göstərilib, 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmayıb, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb.

"Beləliklə, partiyamızın siyahısında cəmi 463 nəfərim adı “keçərli” oldu. Qanuna əsasən növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq", - Məmmədov vurğulayıb.

Xatırladaq ki, bu ilin yanvar ayının 14-də Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib. 6 fəsil və 30 maddədən ibarət yeni qanunda siyasi partiyanın qeydiyyatı üçün 5 min üzv tələb edilir və bunun üçün onlara 6 ay vaxt verilib. Partiyalara verilən vaxt ötən həftə başa çatıb.

Onu da qeyd edək ki, Azərbaycanda son aylarda 28 partiya fəaliyyətini dayandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər