star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Ermənistanın mövqeləri bütün platforma və təşkilatlarda zəifləyir"

"Ermənistanın mövqeləri bütün platforma və təşkilatlarda zəifləyir"Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbini rədd etməklə məlumun elanını etdi. Azərbaycan öz suveren ərazisində istədiyi qanuni fəaliyyəti edə bilər və Laçınla sərhəddə nəzarət buraxılış məntəqəsi təşkil etməsi dı bu fəaliyyətin tərkib hissəsidir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Politoloqun fikrincə, beynəlxalq qurumların Azərbaycanın haqlı mövqeyini getdikcə dəstəkləməyə başlaması onu göstərir ki, Azərbaycan öz fəaliyyətini və təbliğatını doğru istiqamətdə qurur, həyata keçirir:

"Ermənistanın riyakarlığı bu dəfə keşmədi. Yalan təbliğat və hay-küy bu dəfə Ermənistanın öz əleyhinə işlədi. Ermənistanın mövqeləri bütün platforma və təşkilatlarda zəifləyir. Artıq bütün beynəlxalq qurum və təşkilatlar Azərbaycanın Laçın yoluna tam nəzarət həyata keçirməkdə haqlı olduğu gerçəyi ilə razılaşmışdır. Bununla da, Ermənistanın 1988-ci ildən başladığı "Miatsum" layihəsi bu gün rəsmən beynəlxalq səviyyədə iflasa uğrayıb. Beynəlxalq Məhkəmə Azərbaycanın suverenliyini və beynəlxalq hüququn aliliyini bununla bir daha təsdiq edib.

Azərbaycanın bundan sonrakı prosesləri də bu istiqamətdə aparacağı şübhə doğurmur. Çünki doğrunun qarşısında heç bir şey dayana bilməz. Prosesə mane olmağa çalışan qüvvələr də yaxşı bilirlər ki, Azərbaycan elə bir strateji xətt seçib ki, onun yanında olmamaq beynəlxalq qanunların yanında olmamaq deməkdir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər