İlham Əliyev Ərdoğanla danışdı
Dərc olunub:
28-06-2023, 15:47
İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.
Avrasiya.net xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.
Dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik etmiş və ən xoş arzularını çatdırıblar.
Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.