Bizim iradəmizə heç kim təsir edə bilməz - İlham Əliyev
Dərc olunub:
23-06-2023, 15:29
Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz.
Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib.
“Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz”, - deyən dövlətimizin başçısı bir daha bildirib ki, biz haqq-ədaləti tələb edirik.