Sizin Reklam Burada

Azərbaycan və Türkiyənin vahid qardaşlıq mövqeyi

Azərbaycan və Türkiyənin vahid qardaşlıq mövqeyiPrezident İlham Əliyev: “Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir”

Hazırda Türkiyə ilə Azərbaycan arasındakı müstəsna əlaqələr bölgənin və dünyanın digər dövlətlərinə də örnək olmaqdadır. Mənbəyini ortaq keçmiş din və dil birliyindən alan dərin əlaqələr günlər keçdikcə, ölkələrimizin beynəlxalq aləmdə daha güclü, regional inkişafda daha çox söz sahibi olmasına gətirməkdədir. İki dövlət arasındakı qardaşlıq sözdə deyil, əməldə öz təsdiqini tapıb. Prezident İlham Əliyev 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanatında bildirdiyi kimi iki dövlət arasında əməkdaşlıq bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir: “Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir”.
Azərbaycanla Türkiyənin bugünki əlaqələr istər iqtisadi, istər siyasi, istər mədəni, istər hərbi, istərsə digər sahələrdə yüksək səviyyədə qurulub. Bugün Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyəsi 6 milyardın üstündə hesablanır. Prezident İlham Əliyev, həmçinin bildirib ki, ticarət dövriyyəsi gələcəkdə daha da artacaq: “Birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq”. Bu gün Türkiyədə mindən artıq Azərbaycan şirkəti fəaliyyət göstərir. Onlar da qardaş ölkəyə 5 milyarddan artıq sərmayə yatırıb. Türkiyəninsə Azərbaycanda 1100-ə yaxın şirkəti var. Bütün bunlar Türkiyə və Azərbaycanın bütün sahələrdə qardaş olaraq münasibətlər qurduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin “Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir” sözləri isə Azərbaycan-Türkiyə qardaşlığının qimyətini bir daha vermiş oldu.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz bəyanatında önəmli mesajlar verərək Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada qibtə ilə izləndiyini vurğulayıb. Türkiyə heç zaman Azərbaycanın maraqlarına zidd addımlar atmayıb. Xüsusən Qarabağ münaqişəsinin ədalətli həlli üçün öz səylərini əsirgəməmişdir. 44 günlük Vətən müharibəsində də Türkiyə Azərbaycana öz mənəvi və siyasi dəstəyini vermişdir. Vətən müharibəsindən sonra iki dövlət arasında münasibətlər daha da möhkəmlənmiş və dünyda qardaşlıq rəmzinə çevrilmişdir. Hazırda Ermənitsanla normallaşma prosesinin sürətlənməsi üçün Türkiyə də öz səylərini davam etdirir. Yeri gəlmişkən, Türkiyə dövlətinin Qarabağ problemində nə qədər həssas bir mövqedən çıxış etməsi ölkəmiz üçün böyük önəm kəsb etmişdir. 1993-cu ildə Ermənistan Kəlbəcəri işğal etdiyi vaxdan Türkiyə bu işğalçı dövlətlə diplomatik əlaqələrini dayandırmışdır və iqtisadi embarqo tətbiq etmişdir. Nəzərə almaq lazımdır ki, regionda ilk və tək bu addımı atan ölkə Türkiyədir. Dəfələrlə Türkiyə rəsmiləri tərəfindən bəyan olunmuşdur ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunmaynacan bu ölkənin Ermənistanla sərhədlərinin açılması mümkünsüzdür. Bu da təsadüfi deyil ki, Türkiyə bu sərhədi öz istəyi ilə Azərbaycana olan qardaşlıq münasibətindən bağlayıb. Zaman-zaman Qrəb müxtəlif təzyiq metodları ilə bu sərhədlərin açılmasını diqtə etsə də, Türkiyə yenə də öz sözünün üstündə durmağa davam edir.

Türkiyə-Azərbaycan münasibətləri sağlam zəmindədir. Münasibətlətin bundan sonra da sağlam zəmində inkişaf edəcəyinə heç bir şübəhə ola bilməz. Türkiyə Azərbaycana gerçəkdən qardaş dövlətlərdir. Bu gün dövlət səviyyəsində Azərbaycanla Türkiyənin qurduğu işbirliyi, imzalanan layihələr və xalqlarımız arasındakı könül birliyi ölkələrimzin xaricində yaşayan soydaşlarımıza sonsuz ilham verir. Azərbaycan və türk diaspor təşkilatları əməkdaşlıqlarını dərinləşdirərək fəaliyyətlərini birgə həyata keçirirlər. Təbii ki, bu, Azərbaycan və Türkiyənin maraqlarına ayrı-ayrı deyil, ortaq mövqedən yanaşılaraq təmin edilməsi üçün mühüm addımdır.

İbrahimova Gülzar İsaxan qızı,
Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər