Sizin Reklam Burada

"Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısına çevrilir"

"Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısına çevrilir"«Hazırda dünyada yeni innovasiyaların tətbiqi dairəsinin genişlənməsi hər il dünya energetika təsərrüfatında enerjiyə olan tələbatı da artırır. Avropanın bu məsələdə əsas ümid yerlərindən biri, əvvəlki kimi, Azərbaycandır. Bunu ayrı-ayrı Avropa dövlətləri açıq şəkildə ifadə edirlər. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutaraq enerji tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarındakı çıxışında deyib ki, təbii qaz ehtiyatlarımız özümüz və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək.»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

Kamran Bayramov qeyd edib ki, ölkəmiz regionumuzda və Avropada yerləşən böyük iqtisadi gücü və siyasi nüfuzu olan ölkələrlə həm siyasi, həm iqtisadi, həm də hərbi əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycan bugünə qədər Avropanı neft və qaz ilə təchiz edirdisə, artıq, enerji siyasətində də yeni bir mərhələyə qədəm qoyub.

Bu, bərpaolunan enerji resursları ilə bağlıdır. Bu gün elektrik enerjisinin Avropaya nəql edilməsi üzərində işlər aparılır. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Hər dəfə olduğu kimi, yenə də, Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısına çevrilir. Bir mühüm məqamı da qeyd edək ki, Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib.

Bu sahədə mövcud imkanlarımız Qarabağın və Şərqi Zəngəzurun tezliklə yaşıl enerji mərkəzinə çevriləcəyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyev ölkəmizin bu sahədə böyük imkanlara malik olduğunu statistik rəqəmlər əsasında diqqətə çatdırıb. Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır. Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır.

Deputat diqqətə çatdırıb ki, bu gün Azərbaycanda «Masdar» və «ACWA Power» kimi investorlarla birgə iki investisiya layihəsi həyata keçirilir. Bu, günəş və külək enerjisinin istehsalına aiddir. Onların ümumi gücü 470 meqavatdır. Dövlətimizin başçısı bu sahədə BP şirkəti ilə də layihənin icrasına başlanılacağını vurğulayaraq qeyd edib: «İşğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradacağıq. Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik.»

Ölkəmizin iştirakı ilə Avropaya istiqamətlənən enerji körpüləri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Yeni dostların, tərəfdaşların qazanılması əsasında gündəmə gətirilən layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir.
K.Bayramov əlavə edib ki, artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır. Getdikcə həmin dövlətlərin sayı artır və onların Azərbaycan haqqında olan fikirləri müsbət istiqamətdə inkişaf edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər