Sizin Reklam Burada

İran hücumun qarşısını almaq üçün tədbir görməyib

İran hücumun qarşısını almaq üçün tədbir görməyibAzərbaycanın İrandakı səfirliyinə hücum zamanı İran polisi terrorçunu zərərsizləşdirmək üçün heç bir addım atmayıb.

Avrasiya.net xəbər verir ki, bunu Xarici işlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, terrorçunun dəfələrlə səfirliyimizə daxil olmaq cəhdlərinə baxmayaraq, İran polisi bu terror aktının qarşısını almayıb:

"Avtomat, tapança və "Molotov kokteyli" ilə silahlanmış terrorçu cəhdinin baş tutmadığını gördükdə səfirliyin əməkdaşlarının ailə üzvlərinin yerləşdiyi mərtəbədəki mənzillərin şüşələrinə atəş açmaqla məqsədinə nail olmağa çalışıb. Sonra da səfirliyimizin avtomobilini yandırmağa cəhd göstərib. Daha sonra terrorçunun istifadə etdiyi avtomobildən bir nəfər naməlum şəxs müxtəlif əşyalar götürərək uzaqlaşıb. Bütün bu amillər bu hadisənin qəsdən törədilmiş terror aktı olduğunu bir daha sübut edir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər