Sizin Reklam Burada

Fars mediası Bakıdakı agentinin adını açıq yazdı

Fars mediası Bakıdakı agentinin adını açıq yazdıİranın farsdilli mediasının Azərbaycanın səfirliyinə hücumla bağlı hadisələri təhrif etmə, bu terror hücumunu məişət zəmininə endirmə kampaniyası indi fərqli müstəvidə inkişaf edir.

Axar.az xəbər verir ki, fars mediası terror hücumunu artıq Azərbaycan-Türkiyə birliyinə “qaynaq” etmək, hücum edən şəxsin “azərbaycanlı” və onun qardaşının “kitabçı” olması, Azərbaycandan “dəstək” alması üzərinə keçirməyə çalışır.

Guya terrorçu Yasin Hüseynzadənin qardaşı Rəhmanın Urmiyada “Füzuli” kitab dükanı və “Şan Ay” nəşriyyatı var, bu bölgə də “panazəri”lərin (“pantürklər” “panazəri” olub?) əsas ocaqlarıdır və orada da etnik-ayırıcı təbliğat gedir.

Bunun üzərindən manipulyasiya edən təbliğatçılar Azərbaycan Respublikasının İrandakı bəzi “etnik” nəşriyyatların “ədəbi-siyasi” (“siyasi” sözünə diqqət!) nəşrlərinə maddi dəstək göstərdiyini bildirir və bunu “Azərbaycan Yazıçılar Birliyinin “Güney Azərbaycan” adlanan bölməsinin mədəniyyət və ədəbiyyat komitəsinin direktoru Sayman Aruza” istinadla yayır. “Azariha.org”un yaydığı məqalədə qeyd edilir ki, Sayman Aruz “bilərəkdən, ya bilməyərəkdən” İranda 60 “ədəbi-siyasi” kitabın nəşrinə maddi dəstək verdiklərini Bakupost.az-a müsahibəsində etiraf edir (saytın linkini də təqdim edirlər).

Linkdən aydın olur ki, sözügedən müsahibə saytda 2018-ci ilin 22 noyabrında dərc edilib. Aradan 4 ildən də çox zaman keçəndən sonra İranın “Azariha” da daxil olmaqla, bir sıra mediası bu “fakt”dan istifadə edərək, guya Azərbaycanın İranda təxribatçı fəaliyyətə maliyyə yardımı ayırdığını “etiraf etməsindən” bəhs edəsi olur.

Səbəb isə çox sadədir - Sayman Aruz “bilmədən” o müsahibəsində elan edir: “O tayda milli oyanış, milli dirçəliş ədəbiyyatımıza da təsir edib. Orada ədəbiyyat təkcə ədəbiyyata deyil, həm də ictimai-siyasi problemlərimizə xidmət edir”.

Ötən gün Sayman Aruzun Azərbaycanda hansı işlər çevirdiyi və İran xüsusi xidmət orqanlarına necə xidmət göstərdiyi haqda ətraflı yazmışdıq. Hazırda İran mediası ETTELAAT-ın illərdir Azərbaycan mediasında yerləşdirdiyi bu cür müsahibələrdəki “bilərəkdən-bilməyərəkdən” deyilən “faktları” “üzə çıxarmaqla” məşğuldur. Sayman Aruzun 4 il 2 ay öncəki azərbaycandilli mediada sıradan bir müsahibəsindən bu ifadənin seçilməsi qətiyyən İran media mənsublarının “zəhmətinin” bəhrəsi deyil: Bu “faktı” onlara ETTELAAT ötürür – çünki illərlə Azərbaycan mediasına öz casusları vasitəsilə bu cür “faktlar” yerləşdiriblər və indi ad-istinadla istifadə edirlər.

Tehran Respublikası Azərbaycandakı bütün casuslarının yavaş-yavaş ifşa olunduğunu görüb, onların hamısından son istifadəyə qərar verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər