"Şər dövlətin anti-Azərbaycan planları həyata keçməyəcək"
Fars-molla rejiminin Azərbaycandakı əsas təbliğat mərkəzləri sırasında yer alan "Salam News" İnformasiya Agentliyinin və “İnterAz” televiziyasının rəhbəri, dindarlar arasında “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov adlı şəxsin Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılması günün ən önəmli hadisələrindən biri sayıla bilər.
İranın maliyyə dəstəyi ilə fəaliyyət göstərən və həm Bakıda, həm də Moskvada təşkilatlanan bu radikal məzhəb təəssübkeşi uzun illər ərzində apardığı təbliğat-təşviqat işləri nəticəsində "çətə"ləşməyi, şəbəkələşməyi, İranın maraqlarına xidmət edən casus şəbəkəsi formalşdırmağı bacarmışdı.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının İran casus şəbəkəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı bu şəbəkənin üzvlərindən 39 nəfəri saxlanılıb. Proses yəqin ki, davam edəcək. Çünki casus şəbəkəsinin üzvlərinin sayı çoxdur və onların Azərbaycanda təxribat törətmək üçün plan cızdıqları şübhəsizdir.
Ancaq xüsusi-xidmət orqanlarımızın bu şəbəkənin bütün üzvlərini vaxtında deşifrə edib zərərsizləşdirəcəyinə əminik. SEPAH-a, Ettelaata, Hizbullaha bağlı qüvvələrin Azərbaycandakı uzantılarının kökü qurudulacaq. Şər dövlətin anti-Azərbaycan planları həyata keçməyəcək.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri