Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır
Azərbaycan və Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq ruhunda yüksək səviyyədə inkişaf edir.
“Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək” bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 yanvar tarixində Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında qeyd edib.
Dövlət başçısı bildirmişdir ki, “Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır” beyanatda qeyd edib. Eləcə də bildirib ki, “Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun”.
Dövlət başçısı Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsinin indi canlandırıldığını, artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazının Bolqarıstana, ondan sonra Ruminiyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacağını qeyd etdi. Dövlət başçısı bu barədə də müzakirələr aparıldığını vurğulayaraq bildirib ki, Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.
“Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir”.
Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub. Bu dövlət ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək Vətən müharibəsi dövründə də, bu gün də davam edir. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani göstəricisidir. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Həmçinin Prezident İlham Əliyev bəyanatda yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialının Azərbaycanın önəmini daha da artırdığını qeyd etmişdir. Həmçinin bildirmişdir ki, “Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir”.
“Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər” - Dövlət Başçısı bəyanatında bu fikri səsləndirərək elavə edib ki, “Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır.
Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir.
Tarixi köklərinə bağlı olan Macarıstan 2018-ci ildən Təşkilatda müşahidəçi kimi təmsil olunur və üzv ölkələrlə münasibətlərə böyük önəm verir. Xüsusilə, strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamənin imzalanması bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.
Güntəkin Sabir qızı
147 saylı texniki humanitar liseyin tarix müəllimi