Səfirlik əməkdaşlarına silah verilsin – Deputatdan təklif

Səfirlik əməkdaşlarına silah verilsin – Deputatdan təklif“Parlamentdə bir iclas xaricdə fəaliyyət göstərən səfirliklərimizin təhlükəsizlik məsələsinə aid edilməlidir”.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

“Dövlət qurumları da parlamentə çağırılmalıdır. Son vaxtlar xaricdəki beş səfirliyimizə hücum olub, bu, ciddi problemdir. Səfirlikdə fəaliyyət göstərən təhlükəsizlik əməkdaşlarımıza lazım gəldikdə silahlar paylanılmalıdır. Bu məsələ müzakirə olunmalıdır”, - deyə deputat təkliflə çıxış edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər