Sizin Reklam Burada

Tələbələrimiz etiraz etdi - Erməni səfirin görüşü ləğv olundu

Tələbələrimiz etiraz etdi - Erməni səfirin görüşü ləğv olunduAzərbaycanlı tələbələr Londonun Queen Mary Universitetinin (QMUL) İnsan Haqları Mərkəzində Ermənistanın Birləşmiş Krallıqdakı səfirinin “Münaqişə zonalarında insan hüquqları: Dağlıq Qarabağ məsələsi” mövzusunda konfransda iştirakının qarşısını alıblar.

Britaniya Azərbaycanlıları Koordinasiya Şurasına üzv təşkilatın - Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova bildirib ki, buna səbəb erməni tələbələrin səfirin görüşünü Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının “bayrağı” altında təşkil etmək cəhdi olub. Onun sözlərinə görə, bu universitetin məzunu Turan Qafarlı tədbir haqqında xəbər tutan kimi icmamızla və Queen Mary Universitetində təhsil alan tələbələrimizlə əlaqə saxlayıb.

Ermənilərin qanunsuz hərəkətinin qarşısını almaq üçün fikir mübadiləsi aparılandan sonra tələbələr Qiyafət Xeyirxəbərli, Nicat Osmanlı, Akif Qurbanov, Rəna Süleymanova və Kifayət Dəmirlinin adından Queen Mary Universitetinin prezidenti və direktoru Kolin Qaret Beyliyə müraciət ünvanlanıb.

Müraciətdə bildirilib ki, azərbaycanlı tələbələr Universitetin hərbi gərginliyin davam etdiyi ərazilərdə insan hüquqları məsələləri üzrə müzakirələr təşkil etmək səylərini yüksək qiymətləndirir, çünki bu, cari məsələlərə işıq salır və mübahisə edən tərəflər arasında qarşılıqlı anlaşmaya kömək edir. Lakin Ermənistanın səfirinin iştirak edəcəyi konfrans nüfuzlu akademik qurumların siyasi cəhətdən həssas mövzulara həsr olunmuş tədbirlərin təşkili və ya keçirilməsi zamanı beynəlxalq hüququn prinsiplərinə riayət olunmasına zəmanət vermir.

Nəzərə çatdırılıb ki, tədbirin təbliği üçün istifadə olunan plakatda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını təsvir etməklə, ilk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirilir və beynəlxalq hüququn prinsipləri pozulur. Digər tərəfdən, belə bir konfransın təşkili Ermənistan tərəfindən hüquqları pozulmuş azərbaycanlılara qarşı qərəzli münasibət kimi qiymətləndirilə bilər. Üçüncüsü, tədbir yalnız Ermənistanın Böyük Britaniyadakı səfirinin simasında erməni tərəfinə öz perspektivlərini ictimaiyyətə çatdırmaq imkanı verir. Bu da o deməkdir ki, görüş iştirakçıları mürəkkəb məsələ ilə bağlı yalnız təktərəfli məlumat alacaqlar.

Universitet icmasının bir hissəsi olmaqdan qürur duyduqlarını bildirən gənclərimiz rəhbərliyi konfransın təşkilində yaranan problemlərin aradan qaldırılmasına dəvət ediblər.

Azərbaycanlı tələbələrin müraciəti erməni səfirinin 9 fevral 2023-cü il tarixli görüşünün ləğv edilməsi ilə nəticələnib.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri bu münasibətlə vətənpərvər gənclərimizi təbrik edib və onlara təşəkkürünü bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər