Sizin Reklam Burada

Səfirliyimizə hücum məqsədli şəkildə həyata keçirilib

Səfirliyimizə hücum məqsədli şəkildə həyata keçirilibƏlbəttə, İranda ölkəmizin səfirliyinə qarşı terror aktı məqsədli şəkildə həyata keçirilib. Fikrimcə, törədilən terror İranın daxilində, hətta hakimiyyət içində gedən anormal proseslərin göstəricisidir.

Bu sözləri Axar.az-a 27 yanvar tarixində Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktının səbəb və hədəfləri haqqında danışan siyasi şərhçi Fərhad Məmmədov deyib.

Politoloq İran daxilində hakimiyyətlə güc strukturları arasında ziddiyət və qarşıdurmanın gücləndiyini vurğulayıb:

“Anormallıq isə odur ki, uzun illər nisbətən balanslı siyasət yürüdən İranın daxilində artıq müəyyən qruplar qonşu və digər dövlətlərin siyasətinə təsir göstərmək üçün qanlı metodlara əl atırlar. Son dövrdə SEPAH-ın güc və resurslarının artırılması məsələsi heç kimə sirr deyil. SEPAH da hazırda İranın xarici siyasət istiqamətlərinin müəyyən olunmasında iştirak edir. Ziddiyətli məqamlar çoxdur. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun da dediyi kimi, nazirlər, spikerlər və digər yüksək vəzifəli şəxslər görüşür, İranın xarici siyasətinə cavabdeh olan qurum normallaşma haqqında mesajlar verir, amma sonradan belə qanlı terror aktı törədilir. Bu, İranın daxilində parçalanma və qarşıdurmanın yüksək səviyyədə olduğunu, hətta SEPAH kimi qurumların Azərbaycanla bağlı gündəliyini reallaşdıra bilmək üçün dövləti fakt qarşısında qoyduğunu göstərir. Fikrimcə, əsas hədəf də budur. Çünki gərginlik olmasa, SEPAH lazımsız bir quruma çevriləcək və nəticə etibarilə onun gücü, siyasi hakimiyyətə təsir imkanları zəifləyəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər