Sizin Reklam Burada

BAXCP-dən Güney Azərbaycana yardım çağırışı

BAXCP-dən Güney Azərbaycana yardım çağırışıBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələdən zərər çəkən soydaşlarımıza yardım göstərilməsiylə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə qeyd olunur ki, Xoy şəhəri və ətrafında baş verən zəlzələlər nəticəsində yaşayış evlərinin əhəmiyyətli hissəsi dağılıb:

“Güney Azərbaycandan olan soydaşlarımızın açıqlamalarından və zəlzələ baş verən bölgədəki mənzərəni əks etdirən foto və video görüntülərdən belə anlaşılır ki, evləri uçulan insanların əhəmiyyətli hissəsi hələ də çadırlarla və yaşayış üçün gərəkli olan digər ləvazimatlarla təmin olunmayıblar, şaxtalı qış günlərində açıq hava şəraitində yaşamaq məcburiyyətindədirlər.

Azərbaycan, hətta özünün çətin günlərində belə hər zaman, təkcə Güney Azərbaycanda deyil, yaxın və uzaq ölkələrdə yaşayan, təbii fəlakətlərin doğurduğu məhrumiyyətlərlə qarşı-qarşıya qalan insanlara xüsusi həssaslıqla yanaşıb, onların dərdlərinə şərik olub, yardımını əsirgəməyib.

Bu çətin günlərdə yardımlarımızla zəlzələdən zərər çəkən soydaşlarımızın yanında olmaq hər bir azərbaycanlının mənəvi borcudur. BAXCP əmindir ki, Azərbaycan Prezidenti Güney Azərbaycanda və İran adlanan ölkənin hüdudlarından kənarda yaşayan soydaşlarımızın müraciətlərini nəzərə alacaq, Xoy və ətraf ərazilərdə baş verən zəlzələlərdən ziyan çəkən insanlara yardım edilməsi üçün müvafiq göstəriş verəcək.

Şübhə etmirik ki, ehtiyac duyulacağı təqdirdə Azərbaycan Respublikasının əksər vətəndaşları və dünya azərbaycanlıları da Güney Azərbaycandakı soydaşlarımıza dəstəklərini əsirgəməyəcəklər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər