Sizin Reklam Burada

MHP səfirliyimizə edilən terror aktı ilə bağlı bəyanat verib

MHP səfirliyimizə edilən terror aktı ilə bağlı bəyanat veribBiz Milli Həmrəylik Partiyası olaraq 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayır və bu xain hücumun tezliklə obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik.

İranın siyasi hakimiyyəti, dini rəhbərliyi susmaq və ya izi azdırmaq əvəzinə bu məşum hadisəyə məsuliyyət hissilə yanaşmalı, cavabdehliyini dərk etməli və bundan irəli gələn vəzifələrini dərhal yerinə yetirməlidir. Molla rejimi və Tehran polisinin rəisi riyakarlığa yol verərək bu tükürpərdici hadisəni şəxsi zəmində, ailə-məişət zəminində baş vermiş bədbəxt hadisə kimi qələmə verə bilməz.

Səfirliyimizin bir əməkdaşının qətli, iki əməkdaşının isə yaralanması ilə nəticələnən silahlı hücumun terror hadisəsi olması göz qabağındadır. Hadisə zamanı səfirliyimizi qorumağa məsul olan İran polis nəfərinin terrorçunun əl işarəsinə tabe olaraq olaya müdaxilə etməməsi də onu göstərir ki, baş vermiş hadisə öncədən diqqətlə, xüsusi plan əsasında hazırlanmış mütəşəkkil terror hadisəsidir. Ona görə də biz hesab edirik ki, bu terrorun arxasında bilavasitə İran dövlətinin özü dayanır. İranın ali dini rəhbərinin, eləcə də İran prezidentinin diplomatik nümayəndiliyimizə qarşı törədilmiş bu cür vəhşiliyə hələ də reaksiya verməməsi də bir daha onu təsdiqləyir ki, molla rejimi terror aktının törədilməsinə məhz özü şərait yaradıb.

Bu qorxunc hadisə həm də İran tərəfinin Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməməsindən qaynaqlanır. Hər bir xarici səfirliyin ərazisi xüsusi mühafizə olunmalıdır. Lakin İran tərəfi isə diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görməyib. Tehranın mərkəzində səfirliyimizə qarşı bu cür qanlı hücumun təşkil edilməsi onu göstərir ki, İranın hüquq-mühafizə, təhlükəsizlik orqanları siyasi hakimiyyətin sifarişi ilə məqsədyönlü şəkildə terrora münbit şəraitin yaradıblar.

SEPAH-a, PJAK-a, Hizbullaha və digər silahlı qruplaşmalara, çeşidli terror dəstələrinə “yaşıl” işıq yandıran fars-molla rejimi bu hadisəyə görə cavab vermək əvəzinə, məsuliyyətdən yayınmağa və cinayətin üstünü ört-basdır etməyə çalışmamalıdır. Adını “İslam Respublikası” qoyan İran dövlətinin liderləri bilməlidirlər ki, Azərbaycan səfirliyinə silahlı hücum hər şeydən öncə islami prinsiplərin və beynəlxalq hüququn kobud surətdə pozulması deməkdir. Bu cür qanlı hadisələrin törədilməsinə şərait yaratmaqla onsuz da sanksiyalar altında çabalayan İran beynəlxallq ictimaiyyətin nəzərində terrorizmi dəstəkləyən ölkə imicini daha da möhkəmləndirmiş olur.

Fars-molla rejimi bu cür qanlı olaylara ev sahibliyi etməklə qalib Azərbaycan dövlətinə təzyiq göstərə, qalib Azərbaycan xalqını qorxuda bilməz. 44 günlük İkinci Qarabağ müharibəsində parlaq Zəfərə imza atan və öz torpaqlarını erməni işğalından azad edən Azərbaycan dövlətini bu cür məkrli “ssenari”ləri işə salmaqla öz hədəflərindən çəkindirmək əsla mümkün deyil. 30 il ərzində işğalçı Ermənistana himayəçilik etmiş, separatçı ermənilərə hər cürə dəstək vermiş İran dövləti nəhayət ki, 44 günlük müharibənin nəticələri ilə barışmalı, Azərbaycana qarşı dinc qonşuluq siyasəti yürütməlidir.

Prezident İlham Əliyevin müstəqil siyasət yürütməsi və onun rəhbərliyi altında ölkəmizin hərbi-siyasi qüdrətinin, iqtisadi uğurlarının get-gedə artması molla rejimini qətiyyən narahat etməməlidir. Azərbaycan Cənubi Qafqazın sülh və tərəqqi bölgəsinə çevrilməsi üçün səy göstərir. İran isə Ermənistanın revanşizm meyllərini qızışdırmaq və Qarabağdakı erməni separatçılarına qeyri-qanuni üsullarla dəstək vermək əvəzinə, Azərbaycanın sülh təşəbüslərini dəstəkləməlidir. İran şərin dəstəkçisi rolunda çıxış etməkdən nəhayət ki, əl çəkməlidir.

Mollalar başa düşməlidirlər ki, səfirliyimizə hücum gerçəkləşdirməklə Azərbaycanın mövqeyinin zəiflədilməsinə nail ola, onun beynəlxalq aləmdə artan nüfuzuna mane ola bilməzlər. Bu cür xain üsullarla Azərbaycanın güclənməsinin qarşısını almaq, bizi hədəflərimizdən daşındırmaq mümkün deyil. Odur ki, biz İran rəhbərliyindən səfirliyimizə qarşı terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. İranın ali dini rəhbəri Ayətullah Xameneyi özü şəxsən səfirliyimizə çirkin hücuma siyasi qiymət verməli və bu hücumu pisləyən bəyanatla çıxış edərək Azərbaycan xalqından, Azərbaycan dövlətindən üzr istəməlidir.

Azərbaycan tək deyil. Bu gün bütün dost ölkələr və tərəqqipərvər qüvvələr İranın paytaxtında Azərbaycanın diplomatik korpusuna qarşı törədilmiş qanlı hadisəni qınayır və Azərbaycana dəstəklərini ifadə edirlər. İran hakimiyyəti bundan düzgün nəticə çıxarmalıdır.

Milli Həmrəylik Partiyası Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir,

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər