Sizin Reklam Burada

İranda səfirliyimizə hücumun arxasında SEPAH dayanır

İranda səfirliyimizə hücumun arxasında SEPAH dayanırAvrasiya.net xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun fikrincə. bu, Azərbaycana qarşı düşmən siyasətin bariz nümunəsidir: "Son günlər İran XİN rəhbəri və diplomatları guya Azərbaycanla əlaqələri normallaşdırmağa çalışırdı.

Bilirdim İran tərəfi bu addımlarında səmimi deyil. Bu kontekstdə açıqlama vermişdim. Azərbaycan İranda diplomatik korpusu bağlamalı, Azərbaycandakı İran səfiri ölkədən çıxarılması üçün 48 saat vaxt verilməlidir".

Politoloq deyib ki, İran dövləti səfirliyimizə hücum etməklə ölkəmizə mesaj verir. Yəni, Azərbaycana qarşı hərbi təhdidlər edə bilərik. Bu hücumlar Böyük Britaniya, Fransa və ardınca İranda baş verməsi təbii ki, erməni- fars birliyinin bariz nümunəsidir:

"İran Azərbaycan əlaqələrinin normallaşması mümkün deyil. Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar Tehran rejimi tərəfindən qəbul edilmir. Bu silahlı hücum İranın Azərbaycana qarşı apardığı hibrid müharibənin tərkib hissəsidir. Azərbaycan İranla diplomatik əlaqələri dayandırsın və İrana qarşı sanksiyalara qoşularaq SEPAH terrorçu təşkilat kimi tanımalıdır.

İranda hakimiyyətdə olan mühafizəkarlar Azərbaycana qarşı düşmən siyasət ortaya qoyub və rejim dəyişməyincə Tehranla münasibətlər normallaşması gözlənilmir.

Tehran Bakıda edə bilmədiyini Tehranda etdi. Bu, İranın terror dövləti olduğunun göstəricisidir. Heç bir üçüncü qüvvə burada rolu yoxdur. Birbaşa Tehran rejimi tərəfindən planlaşdırılıb".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər