Səfirliyinə hücum edən şəxsin kimliyi məlum oldu
Azərbaycan səfirliyinə hücum edən şəxsin kimliyi məlum olub.
Avrasiya.net xəbər verir ki, terror aktını törədən şəxs İran vətəndaşı Yasin Hüseynzadə olub.
İstintaqın ilkin məlumatlarına görə, o, 2 azyaşlı uşaq: 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə “Pride” markalı avtomobillə inzibati binaya gedib.
Şübhəli şəxs səfirliyin binasına daxil olaraq binanın birbaşa girişində atəş açıb.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.