Sizin Reklam Burada

Milli Məclis Erkin Qədirlinin məsələsini araşdıracaq

Milli Məclis Erkin Qədirlinin məsələsini araşdıracaqÖtən gün deputat Erkin Qədirli Azərbaycanda demokratik seçkinin mövcud olmadığını bildirib.

Avrasiya.net xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı Unikal.az-a açıqlamasında bunun kifayət qədər əsası olmayan, Azərbaycanda keçirilən seçkilərə böhtan atmaq xarakteri daşıyan bəyanat olduğunu bildirib.

"Mən bunu qınayıram. Onun fikirlərini rədd edirəm, çünki bunun əsası yoxdur. Bu açıqlamanı böyük rəqabətlə və çətinliklə Milli Məclisin deputat mandatını qazanan millət vəkillərinə atılan böhtan kimi qiymətləndirirəm.

Məsələ Milli Məclisin rəhbərliyi tərəfindən araşdırılacaq. Əgər ehtiyac yaranarsa və bununla bağlı Milli Məclisin İntizam Komissiyasına müraciət olunarsa, komissiya bu məsələyə baxaraq öz qərarını qəbul edəcək", - deyə o qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər