Sizin Reklam Burada

“Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları

“Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamlarıSovet imperiyası süqut etdikdən sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan ötən 31 il ərzində tarixin keşməkeşli dövründən keçərək mühüm uğurlar əldə etmişdir. 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər ölkəmiz və region üçün yeni mühüm bir mərhələnin əsasını qoymuşdur. Yaranmış yeni reallıqların fonunda Azərbaycan yeni dünya düzənində öz layiqli yerini tutmaqdadır.

Son illərdə respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrini əhatə etməkdədir. Belə ki, bütün sahələrdə aparılat islahatlar dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində, həmçinin müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Qeyd etməliyik ki, hazırda müstəqil Azərbaycan 30 il bundan əvvəlki Azərbaycanla müqayısədə tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. İslahatlar kursu uğurla davam edən respublikamızda bütün sahələrlə yanaşı ictimai-siyasi sahədə də müasir dövrün tələblərinə uyğun addımlar atılmaqdadır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi.

Məlumat üçün bildiririk ki, ölkəmizdə “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bunun üzərindən 30 ilə yaxın müddət keçmişdir. Hazırda qüvvədə olan qanun müasir dövrdə dövlətimizin və cəmiyyətimizin inkişafı fonunda tələblərə cavab vermir.

Hazırki dövrdə siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasına ciddi maneələr yaradır. Qeyd etməliyik ki, aradan keçən 30 il ərzində mövcud qanun bir neçə dəfə dəyişikliklərə uğramışdır. Bununla belə yeni reallıqlar və tələblər çərçivəsində həmin qanunun yenidən hazırlanması günün tələblərindən biri kimi qarşıya qoyulmuşdu. Xüsusi olaraq vurğulamalıyıq ki, yeni qanunun qəbul olunması prosesi daha böyük əhəmiyyət kəsb edirdi. Belə ki, həm Milli Məclisdə təmsil olunan və olunmayan siyasi partiyalar, həm media, həm də cəmiyyətimizin istənilən maraqlı kəsimi yeni qanunla bağlı keçirilən ictimai müzakirələrdə fəal iştirak etmiş, öz təkliflərini irəli sürmüşdür.

Uzun sürən dinləmələrdən sonra hazırlanmış qanun layihəsi qanunverici orqan tərəfindən qəbul edilmiş və nəhayət ölkə başçısının təsdiqindən sonra qüvvəyə minmişdir. Müasir tələblər səviyyəsində hazırlanmış yeni qanunda diqqət çəkən məqamlara nəzər yetirsək görərik ki, bu qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Yeni qanun dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verir. Xüsusi məqamlardan biri isə dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımının göstərilməsidir ki, məhz bunun nəticəsində maliyyə dayanıqlığını təmin edəcək siyasi partiyalar daha çevik fəaliyyət göstərmək imkanına sahib olacaqdır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər