Sizin Reklam Burada

"İrəvan Yeni ili məyus əhval-ruhiyyə ilə qarşıladı"

"İrəvan Yeni ili məyus əhval-ruhiyyə ilə qarşıladı"Fransa və Ermənistanın 2022-ci ilin lap sonunda bizim ekofəalların Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyasını bəhanə edərək ölkəmizə qarşı başlatdıqları növbəti anti-Azərbaycan kampaniyasının iflasa uğraması sıradan bir hadisə deyil. Onlar dünya ictimaiyyətini çaşdırmağa çalışaraq məlum aksiyanı Xankəndidəki ermənilərin “blokada”ya alınması və “humanitar fəlakət” kimi təqdim etməyə çalışırdılar. Buna görə də xüsusi canfəşanlıqla BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasını çağırdılar.

Ən çox canfəşanlıq göstərən də məhz Fransa idi. Hazırda BMT TŞ-na sədrlik edən Fransa bu səlahiyyətindən sui-istifadə edərək Azərbaycanı ermənilərə qarşı "humanitar böhran” yaratmaqda ittiham etmək mövqeyi tutdu. Fransa istəyirdi ki, BMT xətti ilə Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin və “beynəlxalq sülhməramlı qüvvələr” adı altında bölgəyə Fransa hərbi kontingentini gətirsin və bununla da Cənubi Qafqazda Fransanın hərbi-siyasi varlığını təmin etsin. Fransa prezidenti Emmanuel Makron bu cür məkrli geosiyasi məqsədlərinə nail olmaq üçün ənənəvi “erməni məsələsi”ndən, “blokada” və “humanitar böhran” kimi siyasi-psixoloji təzyiq “kart”larından istifadə etmək yolunu tutdu, lakin fiasko ilə üzləşdi.

Fransanın BMT TŞ-da Azərbaycan əleyhinə qətnaməni qəbul etdirə bilməməsi ədalətin qələbəsi sayılmalıdır. Bu həm də Makronun özünün bilavasitə məğlubiyyətidir. Daha doğrusu, rüsvayçı məğlubiyyətidir. Makron belə bir nəticəni bəlkə də heç gözləmirdi. Çünki o, özünə çox arxayın idi və Fransanın beynəlxalq nüfuzuna güvənirdi. BMT TŞ-nın rıçaqlarından istifadə etməklə Azərbaycana qarşı təşkil edilən bu proses birbaşa Fransa prezident administrasiyası və Makronun xarici siyasət üzrə müşavirləri tərəfindən yönləndirilirdi. Yəni ki, Makron öz komandasının bütün diplomatik gücünü bu kampaniyaya həsr etmişdi. Təkəbbürlü Fransa lideri BMT TŞ-da məlum bəyannaməni qəbul etdirəcəyinə və növbəti mərhələdə isə onu qətnaməyə çevirə biləcəyinə nədənsə, çox əmin idi.

Ancaq sonda Azərbaycanın mövqeyi, Azərbaycanı dəstəkləyən ölkələrin qətiyyəti qalib gəldi. İngiltərə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Albaniya birmənalı surətdə Fransanın təşəbbüsünə qarşı çıxdı. ABŞ və Çin kimi dünya gücləri isə neytral mövqe tutdular ki, bu da Makron üçün arzuolunmaz hal idi. Özünü bütün Avropanın lideri hesab edən Makron rüsvayçı vəziyyətə düşdü və nəhayət anladı ki, artıq Fransanın mövqeyi heç kim üçün önəmli deyil. Bu hadisə Makron üçün əsl “soyuq duş” oldu.

Rəsmi İrəvan isə bu cür ağır diplomatik məğlubiyyət nəticəsində növbəti dəfə əzik duruma düşdü və Yeni ili məyus əhval-ruhiyyə ilə qarşıladı. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Makronun geosiyasi oyunları, hiyləgər gedişləri ermənilərin yox, Fransanın öz maraqlarına xidmət edir. Ermənilər gah bu, gah da digər havadara bel bağlayıb revanşa can atmaqdansa, real sülhə can atmalıdırlar. Onların xilası yalnız bundadır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər