“İsrail Azərbaycana “ağıllı şəhərlər”in yaradılması üzrə əməkdaşlıq təklif edib”
“İsrail Azərbaycana işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər”in yaradılması sahəsində əməkdaşlıq təklif edib”.
Bunu “Report”a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
O söyləyib ki, İsrail əvvəllər öz şirkətlərinin Qarabağda infrastrukturun bərpası prosesində iştirak etməyə hazır olduğunu açıqlayıb və indi də bunu edir.
“Bir İsrail şirkəti Zəngilan rayonunun Ağalı kəndində süd ferması tikib. İştirak etdiyimiz və ya iştirak imkanlarını müzakirə etdiyimiz digər layihələr su idarəçiliyi, bərpa olunan enerji mənbələri və kənd təsərrüfatı ilə bağlıdır. Biz həmçinin “ağıllı şəhərlər” sahəsində əməkdaşlıq üçün bəzi imkanlar təqdim etmişik və cavab gözləyirik”, - səfir bildirib.
Müsahibənin tam versiyası yanvarın 5-də dərc olunacaq.