Sizin Reklam Burada

Dünya azərbaycanlılarını birləşdirən dövlət

Dünya azərbaycanlılarını birləşdirən dövlətAzərbaycan xalqının milli birliyinin rəmzi olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər bir soydaşımız üçün böyük tarixi əhəmiyyətə malikdir. Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər.

Azərbaycanda Həmrəylik Gününün təsis olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmrəylik Gününün qeyd olunması ilə bağlı tarixi qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Ulu Öndərin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-da verilib. Bu qərar özlüyündə uzun illərdən bəri xalqımızın həsrətində olduğu milli birliyə, azərbaycançılıq idealogiyasının formalaşmasına böyük təsiri oldu.

Ulu Öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı bu idealogiyanın və milli birliyimizin, həmrəyliyimizin daha da möhkəmlənməsinə gətirib çıxardı. Belə ki, ölkəmizdən kənarda yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməlinin qoyulması məqsədilə 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultayın təşkili və keçirilməsi dünyanın müxtəlif ölkələrində diaspor fəaliyyətinin daha da səmərəli təşkilinə mühüm töhfə verdi. Sonrakı illərdə keçirilən növbəti qurultaylar xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addımlar oldu. Qeyd etməliyik ki, hazırda dünyanın bir çox ölkəsində 400-dən çox diaspor təşkilatı üçrəngli bayrağımız altında uğurla fəaliyyət göstərir.

Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında sürətlə inkişaf edən müstəqil Azərbaycan bütün dünya azərbaycanlıları üçün fəxarət və qürur mərkəzidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilən zəfər və torpaqlarımızın işğaldan azad edilməsi məhz milli birliyimiz və həmrəyliyimizin əyani sübutu idi. Sevindirici haldır ki, bu birliyimiz və həmrəyliyimiz günü-gündən daha da möhkəmlənir. Hazırda dünyanın hər yerində yaşayan soydaşlarımız azərbaycançılıq amalı ətrafında həmrəylik nümayiş etdirir. Bu gün hər bir azərbaycanlının əsas vəzifəsi bütün qüvvə və bacarığını ümummilli məqsədlər naminə səfərbər etməli və Möhtərəm Prezidentimizin rəhbərliyi altında güclənən Azərbaycan dövləti naminə əlindən gələni əsirgəməməlidir.

Aqşin Ağayev
Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər