Sizin Reklam Burada

Makrondan şok: Dünyanı Türkiyə idarə edəcək

Makrondan şok: Dünyanı Türkiyə idarə edəcəkDünən Fransa Prezidenti Emmanuel Makronun maraqlı müsahibəsi yayıldı. Makron bildirdi ki, ayrı təhlükəsizlik sisteminin yaradılması üçün iş gedir, burada Azərbaycan və Ermənistanı da görmək istəyirlər.

Avrasiya.net xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Fransa bir tərəfdən antiazərbaycan siyasəti aparır, digər tərəfdən isə məhəbbət və dostluq haqqında danışır:

“Belə məhəbbət olmur. Əgər Fransa xüsusi təhlükəsizlik sistemi yaratmaq istəyirsə, ilk növbədə dostu Ermənistanı beynəlxalq hüquqa əməl etməyə çağırmalıdır”.

Deputat bildirib ki, Fransa prezidenti belə təhlükəsizlik sisteminin yaradılmadığı təqdirdə dünyanı Türkiyə və Çinin idarə edəcəyini qeyd edib:

“Bu, prezidentə yaraşmayan hərəkətdir. Fransa niyə Türkiyə və Çinin qazandığı nüfuzu qazana bilmir? Bu ölkələr dünyanın problemlərinin həllinə töhfələr verirlər, Fransa isə problemləri daha da ağırlaşdırır, dostları özündən uzaqlaşdırır.

Son bəyanat bir daha göstərir k, Fransanın düşdüyü vəziyyəti normal qiymətləndirmək imkanı yoxdur. Əlbəttə, Azərbaycana aidiyyəti olmasaydı, bizim üçün Fransanın addımlarının elə də əhəmiyyəti olmazdı. İstərdik ki, Fransa ədalətsiz hərəkət etməsinin fərqlində olsun və bu siyasətini dəyişdirsin”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər