Reallıq hissini itirmiş İlqar Məmmədov
Bu gün bir partiyanı dərnək şəkildə idarə edən, siyasi fikirləri bir-birinə zidd olan və partiyasında siyasi rəhbərliyində təmsil olunan keçmiş komanda üzvüləri tərəfindən məhz öz qeyri-standart, reallığa söykənməyən fikirlərinə görə ondan yollarını ayırdı. Çünki, İlqar Məmmədov bu gün bir fikir deyirdi, sabah dediyini inkar edirdi. Bir çox hallarda onun fikirləri Azərbaycan xalqının mövqeyinin əksinə olaraq anti-milli xarakter alır. Özünu Qərbin adamı sayan və Qərb tərəfindən artıq ciddi qəbul edilməyən məhz öz keçmiş komanda üzvləri tərəfindən Qərbdə hörmətdən salınmış İlqar Məmmədov anti-Azərbaycan mövqeyi tutaraq Qərbdə yenidən yer eləməyə çalışır.
Halbuki, öz vətənində öz yerini düzgün tuta bilməyən digər mərkəzlərdə də öz yerini boş qoyacaq. Çünki,İlqar Məmmədov daima boş düşüncəyə malik olub və irəli sürdüyü siyasi fikrlər partiyasının adına əksi olaraq qeyri-reallığa əsaslanıb. Öz təşəbbüsünü "uğurlu" siyasi addım adlandıran, amma onun bu mövqeyi özünün qeyri-ciddiliyini ortaya qoymuş oldu. İlqar Məmmədov bu gün cəmiyyət tərəfindən anlaşılmayan mövqeyi ilə, milli dövlətçilik məfkurəsini öz bəsit siyasi düşüncəsi ilə müqayisə edərək anti-Azərbaycan siyasəti ortaya qoyub. Məhz onun bu mövqeyinə görə REAL dağıldı və bu gün onun yanında cəmi iki nəfər qalıb.
İlqar Məmmədov siyasi partiyalar haqqında yeni qanununda problem axtarışına çıxıbsa, bunu Avropada deyil, burda etməlidir. Görünür, İlqar Məmmədov bununla bəzi Qərb Mərkəzlərinə öz "təkliflərini" irəli sürərək etimad almaq istəyir. Halbuki, onun etimad şkalası həm daxildə, həm də xaricdə çoxdan bitib. Sadəcə o, reallıq hissini itirib. Reallıq hissini itirməsə idi, bu gün ölkəmizin hazırkı həssas durumunda Qərbdən təzyiqlər edilməsi üçün çağırışlar etməzdi. Bu milli xəyanətə bərabər olan bir addımdır. Çünki siyasi partiyalar haqqında qanunu qlobal bir problem etmək, heç də uğurlu bir təşəbbüs sayıla bilməz. Bu olsa, olsa Real sədrinin uğursuz gedişi kimi qiymətləndirnək olar.Yeni siyasi partiyalar haqqında qanunu 4 fəsildən və 20 maddədən ibarətdir. 20-dən çox ölkələrin təcrübəsi nəzərə alınıb. İlqar Məmmədovun sevdiyi söz olan Venesiya Komissiyasının 2010 və 2020-ci ildə irəli sürdüyü bəndlər yer alıb. Ona görə də Venesiya komissiyasının tövsiyələri nəzərə alınmayıb demək, siyasi demaqoqluqdu.
Görünür, İ. Məmmədov yenidən öz ənənəsinə qayıdıb. Ümumiyyətlə, bu adam qeyri-demokratik şəsdir. Bir dəfə Facebook da Donbas separatçılarının da öz haqlı bildiyi tələblər var yazaraq bir Ukraynada separtizmə dəstək verərək status yazmışdı. Yazısinın şərh bölümündə onun bu fikrini yanlış olduğunu və bununla Qarabağda separtizmə dəstəyin bir növüdür qeyd etdim. Arqument gətirə bilmədiyindən meni dostluqdan çıxardı. Yəni bu adam dünyada gedən prosesləri düzgün qiymətləndirmək bir təfə, heç demokratik bir üslubu yoxdur.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə Partiyasının sədrinin müavini