Sizin Reklam Burada

Laçının deputatı: Etirazlar davam etməlidir

Laçının deputatı: Etirazlar davam etməlidir"Ötən iki il müddətində gördük ki, üçtərəfli bəyanatın ayrı-ayrı maddələri icra edilmir. Bu, sülhün və təhlükəsizliyin təhdidi kimi qiymətləndirilməlidir".

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Laçının deputatı Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, bu gün Qarabağın ermənilər yaşayan ərazilərində Azərbaycan ekologiyasına zərər vurulması, təbii sərvətlərin daşınması, Qarabağda fəaliyyət göstərən hərbi xuntanın Ermənistan tərəfindən maliyyə vəsaiti ilə təmin edilməsi beynəlxalq hüquqa zidd addım kimi dəyərləndirilməlidir. Bunlar dünyanın gözü qarşısında baş verir.

"Monitorinqlərə şərait yaradılmaması göstərir ki, Rusiya sülhməramlıları öz missiyalarını layiqincə yerinə yetirə bilmirlər. Hesab edirəm ki, bundan sonrakı müddətdə 10 noyabr bəyanatının müddəaları yerinə yetirilməyəcəksə, etirazlar davam etməli, Azərbaycana qarşı indiyədək aparılmış iqtisadi cinayətlərin qarşısı alınmalıdır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər