Azərbaycan bu ölkələrlə yeni saziş imzaladı
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanıb.
Avrasiya.net xəbər verir ki, sənədi dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rumıniya Baş naziri Nikolae-Yonel Çuke və Macarıstanın Baş naziri Viktor Orban imzalayıb.
Saziş dörd ölkənin milli və regional enerji təhlükəsizliyinin və Qara dəniz hövzəsində əlaqənin gücləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə, Xəzər regionunun alternativ enerji potensialının maliyyələşdirilməsinə və ölkələrin milli enerji istehlakında alternativ enerjinin payının artırılmasına dair maraqları nəzərə alınmaqla hazırlanılıb.