Sizin Reklam Burada

Erməni təbliğatının yalanları

Erməni təbliğatının yalanları Ermənilərin qanunsuz olaraq Azərbaycan ərazisində təbii sərvətlərimizi talan etməsi, flora və faunamıza qarşı törətdiyi ekoloji terrora qarşı Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekofəallarının Xankəndi - Laçın yolunda keçirdikləri aksiya mühüm əhəmiyyətə malik olmaqla yanaşı bütün Azərbaycan xalqının ümumi iradəsini ifadə edir. Bütün çətinliklərə, soyuğa və şaxtaya baxmayaraq artıq 5 gündür ki, davam edən aksiya həm siyasi və həm də psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edir. Davam edən bu sülh aksiyası Azərbaycan ərazisi olan Qarabağda yaşayan ermənilər və onların havadarları arasında ciddi narahatlıq yaratmaqdadır.

Məhz bunun nəticəsidir ki, erməni mətbuatı ilk gündən etibarən bu aksiyanın əsas məqsədinin Laçın dəhlizini bağlamaqla onları blokadaya salmaq niyyəti daşıdığı yalanını söyləməyə başlamışdır. Rusiya “sülhməramlılarının” da dəstəyi ilə ermənilər ölkəmiz barədə antitəbliğat maşınını işə salmışdır. 10 noyabr Bəyanatına əsasən Azərbaycanda müvəqqəti yerləşdirilmiş rus "sülhməramlı"ları onların məsuliyyət zonasında azərbaycanlıların keçirdiyi aksiyanı öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlandığını elan edən rus "sülhməramlı"ları yerli ermənilərlə azərbaycanlılar arasında konflikti dərinləşdirməklə regionda mövcudluğunu uzatmaq istəyir.

Dinc insanlar və könüllülər tərəfindən başladılmış bu aksiyanın yeganə məqsədi təbii sərvətlərimizə və ekologiyamıza qarşı törədilən terrorun qarşısını almaqdır. Təəssüf ki, hər zaman Azərbaycan reallıqlarını görməzdən gələn beynəlxalq ictimaiyyət bu dəfə də ermənipərəst mövqe nümayiş etdirməkdədir. 30 ilə yaxın tarixi torpaqlarımızın işğal altında qalmasına və 1 milyondan artıq soydaşımızın öz yurdlarından məcburi köçkün vəziyyətinə düşməsinə biganə qalan dünya ictimaiyyəti bu dəfə də əsl simasını nümayiş etdirməkdədir. Lakin Azərbaycan xalqının bütün təbəqələrindən olan insanların bu dinc aksiyaya verdiyi dəstək qarşısında inanırıq ki, tələblərimiz yerinə yetiriləcəkdir.

Qeyri rəsmi məlumatlara görə artıq Ermənistan baş naziri Paşinyan tərəfindən Qarabağda yerləşən ermənilərə məxsus ağır texnikanın çıxarılması barədə göstəriş vermişdir. Bundan əlavə panikaya düşən ermənilərin köç prosesinin sürətlənməsi və qarşısıalınmaz prosesə çevrilməsi göz qabağındadır.

Aksiya həm də onu sübut etdi ki, bu ərazilər kimə məxsusdur, burada söz sahibi kimdir və rus "sülhməralı"ların məsuliyyət zonasında yaşayanların taleyi Azərbaycandan asılıdır. Bundan əlavə sülh aksiyası onu göstərdi ki, Azərbaycan dövləti, xalqı öz məqsədlərinə çatmaq üçün hər cür əziyyətə, müqəddəs amallar uğrunda ölümə belə getməyə qadirdir. Məhz bu iradənin nəticəsidir ki, xalqımız qarşıya qoyduğu ən ali məqsədləri reallığa çevirməkdədir. Azərbaycan dövləti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında özünün ən qüdrətli dövrünü yaşamaqdadır. Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycanı qüdrətli edən müzəffər ordusu, qalib xalqı, sarsılmaz siyasi iradəsi vardır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər