Ermənilərlə danışıq oldu, xahişləri nəzərə alındı - Nazir
Dərc olunub:
15-12-2022, 19:52
Azərbaycan tərəfi dialoqa hər zaman açıq olub.
Avrasiya.net xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Nazir bildirib ki, dialoqu irəli aparan tərəf Azərbaycan olub:
“Azərbaycanın dialoqa açıq olması, bu məsələnin əməkdaşlıq şəraitində həll olunmasının dəstəklədiyini bir daha göstərir. Bu yanaşmanı Azərbaycan daha əvvəl də göstərib. Laçın yoluna alternativ yolun çəkilməsi prosesində orada yerli erməni əhalisi ilə ünsiyyətləri də oldu, onların bir sıra xahişləri nəzərə alındı”.