Sizin Reklam Burada

Laçın yolunda keçirilən aksiyanın yaratdığı reallıqlar

Laçın yolunda keçirilən aksiyanın yaratdığı reallıqlarAzərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin, ekofəallarının, ictimai aktivistlərin, könüllülərinin Xankəndi - Gorus yolunda (Laçın dəhlizi) keçirdikləri aksiya faktiki olaraq bütün Azərbaycan xalqının ümumi iradəsini ifadə edir. Üçüncü sutka davam edən aksiya indiyə qədər qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirməsi ilə həm siyasi və həm də psixoloji baxımdan olduqca əhəmiyyətlidir. Aksiya ilk növbədə Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin arasında panik narahatçılıq yaratmaqla onları gələcək taleylərinin müəyyən edilməsi bağlı seçim qarşısında qoyub.

Düzdür, Azərbaycanda müvəqqəti yerləşdirilmiş rus "sülhməramlı"ları onların məsuliyyət zonasında azərbaycanlıların keçirdiyi aksiyanı öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır - Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlandığını elan edən rus "sülhməramlı"ları yerli ermənilərlə azərbaycanlılar arasında konflikti dərinləşdirməklə regionda mövcudluğunu uzatmaq istəyir. Ancaq proseslərin rusların xeyrinə nəticə verəcəyi ehtimalı sıfıra bərabərdir. Azərbaycan dövlətinin istifadə etdiyi "yumşaq güc" siyasəti həm erməniləri, onların havadarlarını, həm də rusları çaşqınlıq vəziyyətinə salıb və qarşı tərəfi vəziyyətdən çıxmaqda aciz edib. Aksiyanın ilk günü Rusiya prezidenti Putinin İlham Əliyevə zəng etməsinə baxmayaraq, aksiyanın davam etməsi və rus "sülhməramlı" kontingentinin (RSK) komandanı general Volkovun aksiyaçıların qarşısına çıxmaması təbii ki, Moskvadan təlimatın hələ də olmaması əlaqəli və Azərbaycanla razılaşmanın hələ mümkünsüzlüyü ilə bağlıdır. Təbii ki, Azərbaycan isə öz məqsədlərinə güzəştsiz və isarrlı olması onun hərb-siyasi iradəsinə söykənir. Azərbaycan indiki məqamda Laçın dəhlizinin bağlanmasında deyil, onun nəzarətə götürülməsində maraqlıdır.

Azərbaycanlıların keçirdiyi aksiyanı bütün dünya erməniləri və rusların istədiyi kimi təqdim etməsinə baxmayaraq dünya ictimaiyyəti onu biganə qarşılayır və sözsüz ki, bu fakt da onu təsdiq edir ki, dünya erməni yalanlarına inanmır və erməni yükünü atmağa çalışır. Erməni yalanları ilə başa gəlmiş Azərbaycana, Türkiyəyə qarşı ABŞ-ın tətbiq etdiyi qadağalarının ləğv edilməsi deyilənlərə əyani sübutdur. Rusiya Dövlət Dumasının deputatı, qatı ermənipərəst Konstantin Zatulin bir müddət əvvəl qeyd etmişdi ki, Ermənistan Qarabağ məsələsini Rusiyanın boynuna atıb. Nəzərə alsaq ki, Zatulin Ermənistan maraqlarının "doyüşçüsü" kimi, məsələni daxildən çox yaxşı bilir və onda bəlli olur ki, bəli artıq Ermənistan deyil Rusiya Qarabağ məsələsini öz şəxsi məsələsi hesab edir. Xeyli müddət qeyd etdiyim kimi, Qarabağda saxta rus icmasının yaradılması, rus dilinin ikinci "dövlət dil" kimi tətbiq edilməsi faktı Rusiyanın "stavkanı" bir başa Qarabağa etməsini açıq göstərirdi.

Azərbaycanlıların Laçın dəhlizində keçirdiyi aksiyanın yaratdığı reallıqlar çox əhəmiyyətli siyasi nəticələr verəcəyi şübhəsizdir. Artıq Ermənistan baş naziri Paşinyan Qarabağdan erməni qüvvələrinin və ağır texnikasının çıxarılması əmrini verib. Xankəndində daşınmaz əmlakın qiymətinin kəskin ucuzlaşması köç prosesinin sürətlənməsi və qarşısıalınmaz prosesə çevrilməsi göz qabağındadır. Aksiya həm də onu sübut etdi ki, ərazi kimə məxsusdur, burada söz sahibi kimdir və rus "sülhməralı"ların məsuliyyət zonasında yaşayanların taleyi Azərbaycandan asılıdır.

Bu aksiya həm də onu göstərdi ki, Azərbaycan dövləti, xalqı öz məqsədlərinə çatmaq üçün hər cür əziyyətə, ölümə və öldürməyə əliyalın belə qadirdir hərçənd ki, Azərbaycan ruhunun əli yalın silaha qalib gəlmək bacarığını 1990-cı ilin yanvarında sübut edib. Ancaq indi Azərbaycanı qüdrətli edən müzəffər ordusu, qalib xalqı, sarsılmaz siyasi iradəsi var. Yeri gəlmişkən, aksiyaçıların təhlükəsizliyi Azərbaycan Daxili Qoşunlarının və polislərin mühafizəsi ilə təmin edilir.

Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər