Aksiyaya idmançılar və könüllülər də qoşuldu
Dərc olunub:
13-12-2022, 13:56
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.
Avrasiya.net xəbər verir ki, hazırda aksiya iştirakçılarının sayı artmaqdadır.
Gecə saatlarında idmançılarımızdan ibarət qrup aksiyanın keçirildiyi əraziyə gəlib.
Bir neçə dəqiqə əvvəl isə 200 nəfərdən ibarət könüllü qrupu Şuşa-Xankəndi yoluna çatıb və aksiyaya qatılıb.