Volkov Rusiya MN-i əsəbiləşdirdi
Dərc olunub:
13-12-2022, 13:53
Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin komandanı general-mayor Andrey Volkovla Rusiya Müdafiə Nazirliyi arasında narazılıq yaranıb.
Axar.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Volkovun dekabrın 3-də Azərbaycan toponimləri ilə bağlı jurnalistlərə verdiyi açıqlaması olub.
Belə ki, Volkovun “Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq. Amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir” açıqlaması Rusiya yuxarı komandanlığının ciddi narazılığına səbəb olub.