Sizin Reklam Burada

AŞPA-da Azərbaycan əleyhinə qətnamə rədd edildi

AŞPA-da Azərbaycan əleyhinə qətnamə rədd edildiBu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Komitəsinin iclasında Ermənistan parlamentinin deputatı Vladimir Vardanyan Azərbaycanın ünvanına əsassız ittihamlar irəli sürüb. Vladimir Vardanyan Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyasının guya rəsmi Bakının Laçın koridorunu bağlamaqla Xankəndindəki ermənilərin Ermənistanla əlaqəsi kəsmək, erməniləri o ərazilərdən çıxarmaq məqsədinə xidmət etdiyini söyləyib. Hətta o, bir az da irəli gedərək heç bir arqument gətirmədən Azərbaycanı dırnaqarası "soyqırım" təhlükəsi yaratmaqda günahlandırmağa, Ukraynadakı proseslərlə paralellər aparmağa cəhd göstərib.

Avrasiya.net xəbər verir ki, iclasda iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov çıxışında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya və Gömrük İttifaqlarının üzvü olan Ermənistanın nümayəndəsinin Ukrayna ilə paralellər aparmaq cəhdini ikiüzlülük adlandırıb.

Kamal Cəfərov nəzərə çatdırıb ki, Azərbaycanın aidiyyati qurumları “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə, o cümlədən ətraf mühitə dəyən zərərin monitorinqin həyata keçirilməsi ilə bağlı həmin ərazidə müvəqqəti fəaliyyət göstərən rus sülhməramlılara bildiriş verib. Daha sonra monitorinq günü həmin ərazidə rus cinayətkar-oliqarx Ruben Vardanyan bir qrup erməni ilə təxribat törədib və monitorinqə mane olub. Rus sülhməramlıları bu təxribatın qarşısını ala bilməyib və ya almaq istəməyib. İndi isə Azərbaycan vətəndaşları, QHT nümayəndələri toplaşmaq azadlığından istifadə edərək Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu görüşə çağırırlar.

Kamal Cəfərov qeyd edib ki, nə qədər ki, Volkov görüşə gəlməyəcək, koridor bağlı qalacaq. Ona görə də koridorun bağlı qalma səbəbi elə Volkovun özüdür.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Erkin Qədirli isə çıxışında bildirib ki, Laçın koridoru yeganə yol deyil, ondan daha geniş və sürətli yeni tikilmiş magistral yol var. Erkin Qədirli nəzərə çatdırıb ki, bu yolu Azərbaycan tərəfi tikib, ancaq ermənilər həmin yoldan istifadə etməkdən imtina edirlər. Qeyd edilib ki, həmin əraziyə rus sülhməramlıları nəzarət edir və hazırda nə təxribat baş verirsə, rus sülhməramlıların məsuliyyətidir. Erkin Qədirli Rusiya sülhməramlılarının Azərbaycanın razılığını almadan həmin ərazilərə hər kəsin keçməsinə şərait yaratdıqlarını söyləyib. Buna misal olaraq Fransada prezident seçkilərində namizəd olmuş Paris şəhərinin merinin Azərbaycanın icazəsi olmadan Azərbaycan ərazisinə buraxıldığını xatırladıb. Erkin Qədirli qeyd edib ki, ermənilərin strategiyası Azərbaycanla barışmaq və rus qoşunlarını Ermənistan ərazisindən, rus sülhməramlılarını isə Qarabağdan çıxarmaq olmalıdır. Çünki sülhməramlılar Qarabağdan məcburi köçkün edilmiş azərbaycanlıların geri qayıtmasına, iki icma arasında ünsiyyətin qurulmasına şərait yaratmırlar. Bütün bunları nəzərə alaraq, Erkin Qədirli Ermənistan deputatının Azərbaycana qarşı son iddialarının tamamilə əsassız olduğunu vurğulayıb.

Qeyd edək ki, Vladimir Vardanyan AŞPA Hüquq Komitəsində son hadisələrlə bağlı qətnamə layihəsinin hazırlanmasını xahiş edib. Lakin prosedur qaydalarına zidd olduğu üçün bu xahiş rədd edilib. Vladimir Vardanyanın daha sonra AŞPA Hüquq Komitəsinin sədrinin qərəzli bəyanat verməsi yönündə təklifi də qəbul olunmayıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər