Sizin Reklam Burada

"Düşmənlərimiz də, dostlarımız da nəyə qadir olduğumuzu gördülər"

"Düşmənlərimiz də, dostlarımız da nəyə qadir olduğumuzu gördülər"Bu gün müstəqillik tariximizin ilk Zəfər Paradının keçirilməsindən iki il ötür. 2020-ci il dekabrın 10-da paytaxtımızın Azadlıq meydanında keçirilən təntənəli hərbi parad Müzəffər Azərbaycan Ordusunun gücünün və qüdrətinin, döyüş əzminin, Azərbaycan xalqının mübarizə ruhunun bütün dünyaya nümayiş etdirilməsi anı idi.

Dünya birliyi həmin gün bir daha gördü və əmin oldu ki, bu xalqı məğlubiyyətlə barışdırmaq, bu xalqın tarixi torpaqlarını “status-kvo” kimi məkrli oyunlarla, Minsk Qrupunun bədnam həmsədrlik “tələ”si ilə işğalçı ölkəyə - Ermənistana peşkəş etmək mümkün deyil. Möhtəşəm Zəfər Paradımızı izləyən ermənilər də, onların havadarları da başa düşdülər ki, belə bir orduya qalib gəlmək xam xəyaldır və revanşizm hissinə qapılıb yenidən müharibə çağırışları etmək bu dəfə nəinki erməni silahlı qüvvələrinin, bütövlükdə Ermənistanın özünün bir dövlət kimi məhvinə gətirib çıxara bilər.

Azərbaycan Prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevin və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən möhtəşəm Zəfər Paradında düşməndən qənimət olaraq götürülmüş silah-sursat və texnikanın nümayiş etdirilməsi də Ermənistana və onun havadarlarına, onu silahlandıranlara açıq mesaj idi. Yəni ki, sizin Ermənistanı ən müasir, ən qüdrətli silahlarla silahlandırmaq cəhdlərinizin heç bir faydası yoxdur, çünki erməniləri təpədən dırnağa silahlandırsanız da belə, onlar yenə də məğlubiyyətə məhkumdur. İşğalçı ölkəni, özünü terrora və faşizmə təslim etmiş bir xalqı heç kim və heç nə zorla qalib edə bilməz. Bu nə hərb fəlsəfəsinə, nədəki ilahi ədalət məntiqinə uyğun deyil.

Dünya hərb tarixinə diqqətlə nəzər salan hər kəs görə bilər ki, işğalçı ölkələr, təcavüzkar xalqlar tez ya gec bir gün mütləq məğlubiyyətə düçar olurlar. Bu, ilahi ədalətin pozulmaz prinsiplərindən biridir. Ermənilər də 30 illik işğalçı, terrorçu siyasətin bədəlini 44 günlük müharibədə ödəməli oldular. “Dəmir Yumruğ”umuz nəticəsində əzilən Ermənistan ordusundan qənimət götürülmüş istifadəyə yararlı texnikalar, tanklar Zəfər Paradında nümayiş etdirildi, sonra isə Hərbi Qənimətlər Parkında düzülərək bir daha bütün dünyaya nümayiş olundu. Bu, məğılub Ermənistanın hərbi siyasi rəhbərliyinə də, erməni ictimaiyyətinin millətçi-faşist kəsiminə də əsl gözdağı oldu.

Beləliklə, düşmənlərimiz də, dostlarımız da bizim nəyə qadir olduğumuzu bir daha əyani surətdə gördülər. Bundan sonra da daim belə olacaq. Ordumuzun qüdrəti, döyüş gücü daha da artacaq, dövlətimiz və xalqımızın məğlubedilməz ruhu daim diri qalacaq. Azərbaycan-Türkiyə hərbçilərinin “Qardaş yumruğu” adlı birgə genişmiqyaslı hərbi təlimlərinin keçirilməsi torpaqlarımıza göz dikən, bizi hədələməyə çalışan bütün düşmənlərimizə açıq mesaj verdi ki, bundan sonra heç kim Azərbaycana qarşı güc nümayiş etdirə bilməz. Bizə qarşı bütün hücumlar sonda Zəfər Paradı keçirməyimizlə nəticələnəcək!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər